HERBA FLORA








Kahı – bostan bitkisi sayılır, birillik və ya ikillik olur. Onun müxtəlif rəngli və yarpaqlı yüzdən çox növü var. 5 min il əvvəl yetişdirilməyə başlanan bitkinin keyfiyyəti haqqında heç bir məlumat yox idi. Əvvəllər bitkini toxumlarından yağ əldə etmək üçün əkirdilər. Yunanlar və romalılar kahının dadını öyrəndikdən sonra onun müalicəvi əhəmiyyətindən də danışmağa başladılar.


Digər tərəvəzlər kimi, kahıda da orqanizm üçün lazım olan çoxlu elementlər, o cümlədən qanyaranmada iştirak edən dəmir və maddələr mübadiləsində iştirak edən maqnezium var. Kahını dəyərli edən digər amillərdən biri də onun tərkibində kalsium və maqnezium nisbətinin ideal olmasıdır.


Kahı şirəsinə yerkökü qatanda A vitamini ilə zənginləşir və daha dəyərli olur, kökdə olan natrium kahıdakı kalsium duzunu məhlul vəziyyətində saxlayır, kristala çevrilməyə qoymur.
Kahının tərkibində dəmir və maqneziumla bərabər sağlamlıq üçün vacib olan digər elementlər – kalium, kalsium, fosfor və çoxlu kükürd var. Fosfor beyinin əsas qidalarından biridir, hemoqlobinin tərkibinə daxil olaraq oksidləşdirici rol oynayır.

Kahının tərkibindəki kükürd isə dərinin və vətərlərin normal vəziyyətdə qalması, baş tükünün yaxşı inkişaf etməsi üçün vacibdir. Yerkökü, göy bibər və yonca şirəsi kimi kahı ilə qidalanmaq da tükün sağlamlığına xidmət edir.


Kahı şirəsindən sidikqovucu vasitə kimi də istifadə olunur.
Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını hər gün südəmər körpələrə və uşaqlara verəndə onlar sağlam və gümrah böyüyürlər. Yarpaqları tünd yaşıl olan kahı xlorofillə və digər vacib elementlərlə zəngindir, açıq-yaşıl yarpaqlarında isə həmin elementlər azlıq təşkil edir.


Tərkibindəki B qrupu, C, E və K vitaminlərinin, karotin, dəmir, kalsium, fosfor, yod, kobalt, sink və maqneziumun zənginliyinə görə kahını möcüzəvi tərəvəzlər sırasına aid etmək olar.

 

• Yuxusuzluq zamanı 100 qr xırda doğranmış kahı 1 stəkan qaynar suda dəmlənir və yatmazdan əvvəl ilıq halda qəbul edilir.
• Kahının yarpaqları spirtə tökülərək məhlulun rəngi saralana qədər saxlanır. Alınmış spirtli məhlul saçın diblərinə sürtülür. Saçda kəpək və tökülmə olduqda saçların uzanmasını sürətləndirir və kəpəyi yox edir.
• Günəş vannasından sonra üz dərisinin kahı yarpaqları ilə örtülməsi həm günəş yanığından qorunmağa, həm də dərinin təravətlənməsinə kömək edir.
• Əzilmiş kahı yarpaqlarını iltihablamış və gündən qızarmış dəriyə sürtdükdə sakitlik bəxş edir və qıcıqlanmanı aradan qaldırır.

Kahı şirəsinin tərkibində 30%-dək kalium olduğundan ürək əzələlərinin işini yaxşılaşdırır, onun tərkibindəki fol turşusu və xlorofil eritrositlərin və hemoqlobinin yaranmasını stimullaşdırır, qanın tərkibindəki artıq xolesterinin səviyyəsini aşağı salır. Eyni zamanda kahı sakitləşdirici və yuxugətirici xüsusiyyətə malikdir, iştahanı açır, həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmdəki zərərli maddələri xaric edir.

Kahı mədə-bağırsaq sistemi və qaraciyər üçün də çox faydalıdır, sarılıq, hipertoniya, ateroskleroz və qalxanvari vəzi xəstəliklərinə qarşı təsirlidir. Sümük əriməsi və revmatizmdə də faydalıdır.


Qanda şəkərin miqdarını saldığına görə, şəkərli diabet xəstələrinin ondan istifadə etməsi xeyirlidir. Piylənmə və pəhriz qidalanması zamanı kahının çox böyük faydası var. Kahının xırdalanmış toxumlarının sulu məhlulu laktasiya zamanı anaların südünü artırır.

Kosmetologiyada da kahıdan geniş şəkildə istifadə olunur. Kahının suyu dəriyə təzəlik verir, sızanaqları aradan qaldırır, sıyığı yanıqlara və çibanlara effektiv təsir göstərir.

 


Büllurə Əhmədova

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem