Herba Flora Firması 1998-ci ilin may ayının 25-dı fəaliyyətə başlayıb. İlk vaxtlarda müalicəvi bitkilərin istehsalı ilə işə başlayan firma getdikcə fəaliyyət dairəsini genişləndirərək müxtəlif bitki yığıntılarının və bitki tərkibli çayların istehsalına keçid almışdır. Hazırda Herba Flora firmasında 130-dan çox bitki tərkibli məhsul istehsal olunur (İstehsal etdiyimiz dərman bitkiləri və çaylar).
Firma xammalın əldə olunması və hazır məhsulların satışı sahəsində Ukrayna, Bolqarıstan, Polşa, Gürcüstan, Latviya, Çin, Misir, Hindistan, Albaniya, Makedoniya, İndoneziya və Rusiya kimi dövlətlərlə əməkdaşlıq edir. Hər bir xəstıliyin profilaktika və müalicəsi üçün nəzərdə tutulan bioloji aktiv qida əlavələri tam təbii və kimyəvi qatqısızdır. Ürək-damar, sinir, mədə-bağırsaq, tənəffüs, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində istifadə olunan kombinə olunmuş tərkiblərdən əlavə əhalinin böyük marağını nəzərə alaraq aptek çobanyastığı, itburnu, cökə, boyaqotu, ortosifon və səna kimi bitkilərdən təktərkibli çaylar da istehsal olunur.
Hal-hazırda isə Herba Flora firması işini təkcə bitkilərlə məhdudlaşdırmır. Firmada bitkilərdən alınan konsentratlar əsasında müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə oluna biləcək şərbətlər də istehsal olunur.
Meyvə və bitkilərdən ekstraktların alınması analoqu olmayan limonad və şirələrin istehsalına təkan oldu. Və limonad tarixində ilk dəfə olaraq cökə, ballınanə və kəklikotu fitonadları istehsal olundu. Bundan başqa düşes, tərxun, qızılgül, itburnu fitonadları və itburnu-qarağat qarışıqlı təbii şirə də istehsaldadır.
Herba Flora firmasının nəzdində 2002-ci ildə yaradılan VİTA poliqrafiya adlı mətbəə fəaliyyət göstərir. VİTA mətbəəsində Herba Flora məhsullarının qablaşdırma və reklam materialları ilə yanaşı, müxtəlif böyük və kiçik şirkətlərin, əczaçılıq firmalarının sifarişi ilə poster, buklet, etiket və qutular çap olunur.
Lakin Herba Floranın fəaliyyəti bununla yekunlaşmır. 2007-ci ilin dekabrında firmada yeni bir şöbə - redaksiya yaradıldı və elə həmin ayda da Herba Flora adlı elmi-kütləvi jurnalın ilk buraxılışı işıq üzü gördü. Aydan-aya təzələnən jurnalımızın artıq çoxlu sayı çapdan çıxıb. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur.
Sizə Sağlamlıq Arzulayırıq!