HERBA FLORA







 

Yaddaş qazanılmış bilik ehtiyatları və həyat təcrübələrini beyində saxlamaq, lazım gəldikdə ondan istifadə etmək qabiliyyətidir. Beyin 18-20 yaşa qədər öz hüceyrələrinin sayının artması və həcminin böyüməsi hesabına  inkişaf edir. 20 yaşdan sonra isə onun inkişafı mövcud hüceyrələr arasındakı əlaqəni artırmaq hesabına mümkün olur. Digər tərəfdən də yavaş-yavaş hüceyrə ölümü başlayır. Bir müddət sonra beyin yeni şeylər öyrənərkən çox istifadə etmədiyi məlumatları silir – təbii unutma hadisəsi baş verir. Beynimizdə milyonlarla neyron var. Onların sayəsində insan bir neçə kitabxana həcmində biliyi öyrənmək və yadda saxlamaq qabiliyyətindədir.

 

Təəssüf ki, insanlar düzgün həyat tərzi keçirməmək hesabına beynin bu qabiliyyətini vaxtından tez zəiflədirlər. Çox yatmaq, qeyri-düzgün qidalanma, passiv həyat tərzi, beyni lüzumsuz və artıq informasiyalarla doldurmaq zehni getdikcə daha da çox zəiflədir. Seriallar, maqazin proqramları, gündəlik xəbərlər, şişirdilmiş sensasiyalar, uzun-uzadı xəyallar qurmaq, lövhələri, şəkil və videoları həddən çox seyr etmək zehnə mənfi təsir edir. Çox işləmək beyni yormur, əksinə işlədikcə itilənir. Yorğunluğun səbəbi ondan yanlış istifadə etmək, boş-bekar qalmaqdır. İstifadə olunmayan alət paslandığı kimi beyin də kütləşir. Hər şeyin avtomatlaşması, kalkulyatorla hesablama beynin istifadəsini azaldıb.

 

Düzgün həyat tərzi keçirtmək, vaxtında yatıb-durmaq, zehni və fiziki işi növbələşdirmək, əhəmiyyətli mətnləri əzbərləyərək beyni məşq etdirmək və düzgün qidalanmaqla zehnin zəifləməsinin qarşısını almaq olar. Tərkibi dəmir, fosfor, kalsium, vitamin A, E, B ilə zəngin qidaları çox qəbul etmək lazımdır. Səhər yeməyinin beynin işinə önəmli təsiri var və yeyilmədiyi təqdirdə diqqət dağınıqlığına səbəb olur.

 

Zehni qabiliyyəti gücləndirmək, beyin yaşlanmasının qarşısını almaq üçün bitkilərdən istifadə daha səmərəli və təhlükəsiz üsuldur. Serebratea çayı bu baxımdan çox faydalıdır. Çayın tərkibində olan  ginkqo-biloba yarpağı, yemişan çiçəyi, yapon soforası bitkisi beyin qan dövranını yaxşılaşdırır, beyni oksigenlə təmin edir, qanı durulaşdırır, neyronlar arasındakı əlaqəni gücləndirərək zehni qabiliyyəti artırır. Kurs müalicə şəklində  istifadə olunur. Çayın tərkibindəki çöl qatırquyruğu və mayasarmaşığı bitkiləri  sakitləşdirici və təziqsalıcı effekt verir. Təbii yaşlanma ilə əlaqədar olaraq 60 yaşdan yuxarı insanlarda yaddaş itməsi və ağıl zəifliyinin qarşısını almaq üçün ildə 3 dəfə kurs müalicə şəklində istifadə edilə bilər.

 

İlhamə MƏMMƏDOVA   

həkim-pediatr   

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem