HERBA FLORA








Son illər həmin yağların ürək-damar (ateroskleroz) və mədə-bağırsaq sistemi xəstəlikləri, maddələr mübadiləsi pozulmaları (piylənmə, lipid mübadiləsi), şəkər və onkoloji xəstəliklər (prostat və süd vəzisinin), kişilərdə cinsi zəiflik (spermatogenezdə ciddi problemlər), qaraciyərin və əsəb sisteminin xəstəlikləri və s. kimi ciddi problemlər əmələ gətirməsi tam təsdiq olunmuşdur. Marqarinin istehsalının ilk vaxtlarında onu tamamilə zərərsiz, hətta faydalı hesab edirdilər. Həkimlər bütün sahələrdə heyvani mənşəli yağları onunla əvəz etməyi təkidlə tövsiyə edirdilər.
Bir sıra Avropa ölkələrində mətbəx yağı kimi ancaq marqarin yağlarına üstünlük verilməsi üçün edilən çağırışlar heyvani mənşəli yağlarda xolesterin olması və onun ateroskleroz xəstəliyini yaradan ən əsas səbəb olmasından irəli gəlirdi.

Marqarin ancaq bitki yağlarından hazırlandığı üçün onun tərkibində tamamilə xolesterin yoxdur. Lakin heç kəsin ağlına da gəlmirdi ki, süni şəkildə hazırlanmış yağın molekulları orqanizmə daxil olandan sonra özlərini necə aparacaq, hansı sahələrə və orqanlara nəcə təsir göstərəcək. Aradan illər keçdi, bu sahədə çoxlu elmi-tədqiqat işləri və təcrübələr aparıldı. İndi həmin alimlər tamamilə əks fikri  ̶  marqarin yağlarının istehsalının tamamilə dayandırılmasını tələb edirlər. Son illərdə tədqiqatlar nəticəsində əldə olunan fakt və rəqəmlər də bu sahədə “həyəcan təbili” çalmağa əsas verir.

Yeməklərin ancaq marqarinlə bişirilməsi ürək-damar xəstəliklərinin yarıbayarı artmasına, təbii olaraq ürəyin işemik xəstəliyinə, infarkt və insult kimi ağır nəticələrə gətirib çıxarır. Ürək ritmlərində pozulmalar baş verir, qanın qatılığı hədsiz dərəcədə yüksəlir, ürək dayanmaları və qəfil ölümlərin sayı artır. Beyinin faydalı iş qabiliyyəti tormozlanır, qocalma prosesi sürətlənir, uşaqlarda ağıl zəifliyi hallarına daha çox rast gəlinir, immun sistemi zəifləyir, ümumi hormonal və ferment sistemləri zədələnir. Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan aşırı piylənmə və kökəlmə probleminin əmələ gəlməsi məhz bununla əlaqədardır və onun müalicəsi heç də asan deyil.

Hazır qidaların və mətbəxdə hazırlanan bir çox qida məhsullarının tərkibində marqarin yağı vardır. Cürbəcür tort, pirojna və piroqlar, peçenye, pryanik, bir çox yarımfabrikatlar (bişməmiş kotletlər, balıq kotletləri, pizzalar, cürbəcür şorbalar), mayonezlər, şüşə və dəmir bankalarda olan hazır yeməklər, hot-doqlar və s. kimi qida məhsulları buna misal göstərmək olar. Danimarka, İsveç, Almaniya, Avstriya, Finlandiya, İslandiya və Norveç kimi Avropa ölkələrində marqarin yağlarının istehsalı tamamilə dayandırılmışdır. Bir sıra ölkələrdə istehsal edilən həmin yağların qabları üzərində inək şəkli yerləşdirərək onların daha yaxşı reklam olunmasına çalışırlar.

Təbii olaraq ortaya belə bir sual çıxır əgər marqarin yağları orqanizm üçün zərərlidirsə, onda nə üçün ondan hələ də istifadə edilir? Əlbəttə ki, bunun bir neçə səbəbi var. Əvvəla, bunun səbəbi marqarin yağlarının təbii yağlara nisbətən qiymətinin ucuz olmasıdır. Bundan başqa yağın harada saxlanılmasından asılı olmayaraq
(yəni həm ev şəraitində, həm də soyuducuda), demək olar ki, xarab olmur. Lakin təbii yağlar müəyyən bir vaxt isti şəraitdə, otaq temperaturunda saxlanıldıqda turşuma halları baş verir və istifadəyə yararsız hala düşür. Təəssüf ki, marqarin yağının əlavə kaloridən başqa orqanizm üçün faydası yoxdur. Əlavə kalori isə ancaq aclıq hissini yatızdırır, tam doymaq hissi yaradır. Belə olan halda orqanizmi əlavə kalori ilə yükləməyə dəyməz.

Fuad MAHMUDOV,
Avropa Tibb Elmləri Akademiyasının üzvü
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem