HERBA FLORA







 

Dəri xərçənginin bir növü olan melanoma, bədxassəli şişlər arasında daha təhlükəli və ağırgedişli hesab olunur. Adəti üzrə dəriyə rəng verən dəri piqmenti melaninin sintezinə cavabdeh olan hüceyrələrdən törəyir. Bu, melanomaların əksər hallarda tünd rəngdə olmasını izah edir. Lakin tibbi praktikada melanin daşımayan pimentsiz melanomalara da rast gəlinir.

Bədxassəli şişlərin 1 %-ni təşkil edən melanomalar bir qayda olaraq dəridə yerləşir, nadir hallarda konyuktivada, ağız və burun boşluqlarının selikli qişasında, ən az isə uşaqlığın və düz bağırsağın selikli qişalarında görülür.

       Melanomaların üç əsas forması ayırd edilir:

  • Bədxassəli lentiqo - əksər hallarda üz və boyun nahiyəsinin açıq yerlərində əmələ gəlir, daha az kürək və ətraflar kimi qapalı bədən hissələrində rastlanır, 5-20 ilə qədər uzun zaman kəsiyində inkişaf edir. Qara-qəhvəyi ləkə və ya lövhəcik şəklində olur.
  • Nodulyar (düyünlü) melanoma - ən aqressiv forma olub, beldə, baş dərisində, boyunda, ətraflarda müşahidə olunur, əsasən 50 yaşdan yuxarı yaşlılarda inkişaf edir.
  • Akral melanoma – dırnaq yatağından və dırnaqlardan inkişaf edən formadır, nadir hallarda rast gəlinir.

 

 Simptomlar 

Melanomaların yarıdan çoxu xallardan əmələ gəldiyi üçün əhalinin böyük əksəriyyətini qorxudur. Buna görə də adi xal ilə melanomaya çevrilə biləcək xallar arasındakı fərqi bilmək vacibdir. Qara və ya qəhvəyi rəngli adi piqment ləkəsi nevus və ya xal adlanır. Nevus böyümür və onun rəngi dəyişikliyə uğramır. Melanoma diaqnozunu qoymaq üçün məşhur ABCDE-qaydası var ki, ingilis dilindən tərcümədə əsas əlamətlərin sadalanması kimi xarakterizə olunur:

 

A (asymmetry) – nevusun bir tərəfinin digərinə nəzərən böyük olması;

B (border) – kənarının qeyri-hamar və ya qeyri-dəqiq olması;

C (colour) – bir xalda açıq və tünd rəngli sahələrin olması;

D (diameter) – xalın diametrinin 5 mm-dən çox olması;

E (enlargement) – qisa zamanda ölçülərinin böyüməsi.

 

 Risk qrupu 

Əhalinin bir hissəsinin daha çox melanomaya tutulmaq ehtimalı var. Bu risk qrupuna genetik olaraq dərisinin rəngi çox açıq olanlar, kürən saçları və çilləri olanlar, irsiyyətində dəri xərçəngi və melanoma olanlar, bədənində olan xalların sayı 50-dən çox olanlar, Dyubrey melanozu, piqment kseroderması kimi dəri xəstəliklərindən əziyyət çəkənlər aiddir. Bundan əlavə xalın üzərində tüklər inkişaf edirsə, dəri günəş şüalarına çox məruz qalırsa bu da təhlükəni artırır.

 

 Diaqnoz 

Əlamətləri sadalanan melanoma olduqca təhlükəli xəstəlikdir və onun istənilən təzahürünə olduqca ciddi yanaşmaq lazımdır. Bədəndə xal, nevus və piqment ləkələrinin çox olması onların vəziyyətinə mütəmadi nəzarəti tələb edir. Profilaktik baxışlar ixtisaslı həkim-onkoloqlar tərəfindən aparılmalıdır. Ehtiyac olduqda diaqnozu dəqiqləşdirmək üçün USM, KT, Rentgenoqrafiya kimi əlavə müayinə metodlarından istifadə olunur.

 

 Müalicə 

Melanomaların müalicəsində əksər mütəxəssilər tərəfində qəbul olunan əsas və ən effektiv üsul cərrahi əməliyyatdır.

 

 Xalq təbabəti 

 

Akonit cövhəri ilə müalicə

Akonit (kəpənəkçiçək) cövhəri ilə müalicəyə başlayan zaman bitkinin zəhərli olduğunu bilmək vacibdir. Cövhəri hazırlamaq üçün 20 qram akonit kökləri 500 ml 40 faizli spirtdə 3-4 həftə saxlanır. Bu zaman cövhərin rəngi çay dəmi kimi tündləşir. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl qəbul olunur. Müalicə kursunu 1 damcıdan başlayıb 20 damcıya çatdırmaq, bundan sonra isə damcı-damcı azaldaraq kəsmək lazımdır. 2-3 həftə fasilə ilə 3 kurs keçmək tövsiyə olunur.

Akonit cövhərini qəbul etdikdən sonra xəstəyə qəpikotu cövhəri ilə qarışdırılmış 100 ml bitki dəmləməsi verilir, qarışıq 200 ml dəmləməyə 3 ml cövhər nisbətində hazırlanır. Dəmləmə üçün hərəsindən 1 hissə ayıpəncəsi, xəşənbül, quşqonmaz, qızılçətir, hərəsindən 2 hissə gəndalaş çiçəkləri və sugülü qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 250 ml suda vam odda 10 dəqiqə qaynadılır, dəmlənir və süzülür. İlıq dəmləməyə qəpikotu cövhəri əlavə olunur. Qəpikotu cövhəri isə belə hazırlanır: 50 qram xırdalanmış qəpikotu 450 ml 40 faizli spirtdə 15 sutka dəmlənir və süzülür.


Kirkazon (zəravənd)
Yarım stəkan zəravənd kökləri xırdalanır, 200 ml təbii bal və 1 çay qaşığı təzə xama ilə qarışdırlır, alınan qarışığın üzərinə 3 litr su tökülərək bir həftə siti yerdə saxlanır. Yeməkdən 20 dəqiqə əvvəl yarım stəkan qəbul olunur.

 

Atpıtrağı ilə müalicə

Təzə atpıtrağı kökləri sürtgəcdən keçirilir, şüşə bankaya yığılır və üzərinə çıxana qədər 40 faizli spirt əlavə olunur. İki həftə sərin və qaranlıq yerdə dəmlənir, süzüldükdən sonra 1 xörək qaşığından gündə 3 dəfə qəbul edilir. Sürtgəcdən keçirilmiş atpıtrağı köklərini qatıqla qarışdırıb yemək də olar.

 

Mayaotu yağı

Şüşə banka yarısına qədər mayaotu qozaları ilə doldurulur, üzərinə çıxana qədər əridilmiş nehrə yağı əlavə olunur. Su hamamında iki saat dəmləndikdən sonra soyudulur və alınan məlhəm hər gün melanoma ilə zədələnmiş nahiyələrə çəkilir.

 

Qara gəndalaş şərbəti

Qara gəndalaş meyvələri əzilir və emallı qazana 1 sm qalınlığında tökülür, üzərinə eyni qalınlıqda şəkər tozu qatı səpilir. Şəkər tozu əridikdən sonra süzgəcdən keçirilir və alınan şərbət 1 xörək qaşığından yeməkdən sonra qəbul edilir. Müalicə müddətində hər yeməkdən əvvəl 200 ml distillə olunmuş su içilir.

 

Dəmrovotu ilə müalicə

Yay aylarında təzə sıxılmış dəmrovotu şirəsi ilə zədələnmiş dəri hissələri silinir. Qışda isə 1 xörək qaşığı qurudulmuş dəmrovotundan yarım stəkan suda dəmləmə hazırlanır və melanomanın üzəri həmin dəmləmə ilə mütəmadi silinir. Bu müalicə ilə yanaşı zədəli nahiyəyə sarğı qoymaq üçün dəmrovotu məlhəmindən də istifadə olunur. Onu hazırlamaq üçün toz halına qədər üyüdülmüş bitkiyə eyni miqdarda vazelin və ya duzsuz nehrə yağı əlavə olunur.

 

Badyan təpitməsi

Üyüdülmüş badyan otu eyni miqdarda sürtgəcin kiçik gözündən keçirilmiş yerkökü ilə qarışdırılır və dərinin zədəli hissəsinə təpitmə edilir.

 

Esmira ZEYNALOVA,  

həkim-terapevt   

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem