fbpx
Close

Yaşıl qəhvə faydaları.

Yaşıl qəhvə faydaları.

Yaşıl rəngdə olan qəhvə dənələri heç də ilk baxışdan göründüyü kimi yarımfabrikat deyil, əksinə istifadəyə tam yararlı olan məhsuldur. Onu termiki işlənmədən keçirmirlər, yəni qovurmurlar. Çəkinin azaldılması və arıqlatmaq xüsusiyyətinə görə son illər çox geniş yayılmışdır. Yaşıl qəhvənin faydalı keyfiyyətləri ilə yanaşı bəzi zərərli xüsusiyyətləri də var. İlk növbədə ondan düzgün istifadə etmək lazımdır.                                                                                                                                                                                   

Yaşıl qəhvə faydaları:

Tonuslandırıcı içkidir və orqanizm üçün faydalı xüsusiyyətləri tərkibindəki bioaktiv maddələrlə əlaqədardır. Məsələn, yaşıl qəhvə dənələrində 7 faizə qədər olan xlorogen turşusu ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranma riskini azaltmaqla bərabər, yağların sürətli parçalanmasını təmin etdiyinə görə arıqlamağa kömək edir. Həmin maddə yüksək temperaturun təsiri nəticəsində parçalandığına görə qara qəhvədə miqdarı çox cüzidir.
Mütəmadi qəbul ediləndə yaşıl qəhvə orqanizmdə yağların mənimsənilməsini ləngidir. Tədqiqatların nəticələri göstərir ki, qara qəhvə 2-3 ay ərzində 14 faiz çəki itkisinə səbəb olursa, yaşıl qəhvə içildikdə həmin rəqəm 46 faizə qədər yüksəlir. Qəhvəni şəkərsiz və südsüz içdikdə onun səmərəsi daha çox olur.

   

Yaşıl qəhvənin bir sıra faydalı xüsusiyyətləri var:     

– maddələr mübadiləsini, xüsusən də su və yağ metabolizmini sürətləndirir;
– antioksidant təsir göstərərək qocalmanı ləngidir;
– beyin qabığının fəaliyyətini fəallaşdırır;
– öd ifrazını yaxşılaşdırır;
– xərçəng riskini azaldır;
– orqanizmi tonuslandırır;
– limfadrenajı stimullaşdırır.
Tərkibində kofeinin miqdarı az olduğuna görə qara qəhvədən istifadə edə bilməyənlər yaşıl qəhvədən istifadə edə bilərlər.
Qəhvə dənələrindən alınan yağ regenerasiyaedici, qidalandırıcı və nəmləndirici süsusiyyətlərə malikdir, ondan daha çox kosmetologiyada istifadə olunur. Dərinin elastikliyini artırır, nəmliyini bərpa edir, qırışları azaldır, saç və dırnaqları möhkəmləndirir, sellülit və dəri dartılmaları ilə mübarizədə, həmçinin orqanizmin toksinlərdən təmizlənməsində istifadə olunur.
Tibbdə bu qəhvənin yağından yanıq əleyhinə vasitə və dərini ultrabənövşəyi şüalardan qorumaq üçün tətbiq olunur.ola bilər.
Yaşıl qəhvənin zərəri
Tərkibində kofein olduğuna görə artıq miqdarda qəbulu yuxusuzluq, qıcıqlanma, baş ağrısı, narahatlıq, əsəsbilik, təngnəfəslik, ürək döyüntülərinin artması kimi əlamətlərə, mədə və oynaq xəstəliklərinin kəskinləşməsinə səbəb olur.

Yaşıl qəhvə günəş şüalarının və yüksək temperaturun təsirindən, həmçinin uzun müddət saxlandıqda da keyfiyyətini itirir.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://www.herba-flora.com/product/propolis-pediatrik-spreyi/