Yaddaş.

Yaddaş.

Yaddaş nədir?


Yaddaş duyğu orqanları vasitəsilə əldə edilən hissləri simvollara çevirir və bunları beynin bir hissəsinə yerləşdirərək depolayır.
Nəzəri olaraq yaddaşın iki bölümündən bəhs edə bilərik.

  • Həyatdan qazanılan simvolların, davranışların və təəssüratların saxlandığı yer: Yaddaş deposu
  • Digəri isə qavrama yolu ilə yeni məlumatların qəbul edildiyi: Ani yaddaş (qətiyyət yaddaşı)

Yaddaş deposu uzunmüddətli olduğu halda, ani yaddaş isə qısa müddətlidir. Bunlara əlavə olaraq hiss yaddaşından da bəhs edilə edilər. Beləliklə; görmə, eşitmə, hiss etmə, qorxu və dad hiss etmək yolu ilə qavranılan xarici dünyanın izləri bir müddət yaddaşda qalır.

Qısa müddətli yaddaş: Məlumatları tutma müddəti 30 saniyədən qısa olan yaddaşdır. Məsələn yolda gördüyümüz bir maşının nömrəsi, ya da yeni öyrəndiyimiz bir sözü həmin anda fikrimizdə saxlayırıq ancaq bir neçə saniyə sonra isə yadımıza sala bilmirik. Bunun üçün bizə lazım olan məlumata əhəmiyyət verməliyik və daha sonra bir yerə qeyd etməliyik. Çünki yeni eşidilən, öyrənilmiş bir sözün, yeni tanış olduğumuz insanın adını qısa müddətli yaddaşda qala bilməsi üçün təkrarlanması mütləqdir. Qısa müddətli yaddaşı inkişaf etdirməyin yolu məlumatları qruplaşdırmaqdır. Qısa müddətli yaddaşa qeyd edilən məlumat, unudulduqdan sonra yenidən xatırlanması demək olar ki, mümkün deyil.

Uzun müddətli yaddaş: Bu yaddaşın  əhatə dairəsi çox genişdir. Qazanılan məlumat uzun müddət yadda qalır. Bu zaman müddəti, 30 saniyədən başlayaraq, orqanizmin bütün yaşam müddəti boyunca davam edə bilir. Uzun yaddaşın genişliyi insanın nə qədər məlumatı yaddaşda saxlaya bilməsi zəka və testlər ilə yoxlanılır. Zəka testlərində olan sualların bir hissəsi yaddaşa bağlıdır. Yaddaşın yaxşılaşdırılmasının ən yaxşı yolunun beyinə bol oksigen verilməsi olduğu bilinir ki, bu da aerobik məşqlər, hər həftə 3 saat gəzinti, üzgüçülük və ya velosiped sürməklə əldə edilə bilər. Bu tip aerobik məşqlər zehni funksiyalar arasında keçidin asanlaşdırılmasında, konsentrasiyanın yaxşılaşdırılmasında və yaşlı insanlarda qısa müddətli yaddaşın yaxşılaşdırılmasında mühüm rol oynayır. İdman neyronlar arasındakı əlaqələri artıraraq yaddaşı inkişaf etdirə bilər. Bundan əlavə Serebratea çayından istifadə edə bilərsiniz. Serebratea çayı beyin qan dövranını normallaşdırır, yaddaşı gücləndirir.

http://fizulihuseynov.com/