fbpx
Close

Xora xəstəliyinə təbii çarə.

Xora xəstəliyinə təbii çarə.

Mədə və bağırsaq xoraları.

Xora xəstəliyi

Xora kəskinləşmə və remissiya dövrlərinin əvəz olunması ilə gedən xroniki residiv verən xəstəlikdir, əsas əlaməti mədə və onikibarmaq bağırsağın divarında selikaltı qata nüfuz edən defektin – xoranın əmələ gəlməsidir.

Risk amilləri
Qeyri-steroid iltihab əleyhinə preparatların uzun müddət qəbulu;Zərərli vərdişlər – siqaretçəkmə, alkoqollu içkilər qəbul edilməsi;Psixoemosional gərginlik – istirahət və yuxunun kifayət olmaması, normalaşdırılmamış iş rejimi, stress, hədsiz fiziki gərginlik;İrsi və konstitusional amillər.

Şikayətlər.
Xəstələr epiqastral və ya piloroduodenal nahiyədə, bəzən döş qəfəsinin sol yarısında, onurğanın döş və bel hissələrində yayılan, lokal yandırıcı ağrıdan şikayət edirlər, ağrının baş vermə müddəti və tezliyi müxtəlif olur. Yanaşı olaraq dispeptik əlamətlər, turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma və qəbizlik onları narahat edir. Ağrı antasidlərin, antisekretor və spazmolitik preparatların təsirindən azalır. Ağrının başvermə ritmi həm qida qəbulu, həm də xoranın lokalizasiyası ilə əlaqədar olur. Xoranın kardial və subkardial yerləşməsi zamanı ağrı yeməkdən yarım saat, mədə cisminin xorasında bir saat sonra baş verir. Onikibarmaq bağırsağın xorasında isə yeməkdən 2-3 saat sonra gecikmiş ağrılar, həmçinin qida qəbulundan sonra azalan acqarına və gecə ağrıları müşahidə olunur. Nadir hallarda xora xəstəliyinin simptomsuz gedişinə rast gəlinir və ilk əlamət qanaxma olur. Ağrıların və dispeptik əlamətlərin mövsümi xarakter daşıması, yaz və payız aylarında kəskinləşmə xora xəstəliyi üçün xarakterikdir. Kəskinləşmə zamanı ağrının güclənməsi və iştahanın zəifləməsi arıqlamaya səbəb ola bilər.

Reseptlər.

Kartof şirəsi ilə müalicə.Kartofun qabığı soyulur, şirəsi sıxılır və bir həftə hər dəfə yeməkdən 30 dəqiqə əvvəl 20 qram qəbul edilir. İkinci həftə hər dəfə qəbul olunan şirənin miqdarı 40, üçüncü həftə 60 qrama çatdırılır. Sonrakı iki həftə ərzində hər yeməkdən əvvəl 100 qram şirə içilir.

Müalicəvi bitki çayı.
Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 filtr-bağlama Teastomin çayının dəmləməsi qəbul edilir.

Bağayarpağı şirəsi.
Bağayarpağının təzə sıxılmış şirəsi gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı qurudulmuş yarpağın üzərinə 1 stəkan qaynar su əlavə olunur, üç hissəyə bölünərək yeməkdən əvvəl içilir.

Bitki yağları.
10 gün hər səhər acqarına 1 xörək qaşığı Fitooil Zəyərək (kətan) yağı və ya Fitooil Çaytikanı yağı qəbul edilir.

Əzvay şirəsi.
Ən azı 3 illik əzvay (aloe) çiçəyini iki həftə sulamadıqdan sonra alt yarpaqları kəsilir, 2-3 gün qaranlıq və sərin yerdə saxlanır. Qabığı soyuyandan sonra lətli hissəsi əzilir, üzərinə eyni miqdarda təbii bal əlavə olunur. Qarışdırandan sonra soyuducuda saxlanır və birinci həftə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, orqanizm alışandan sonra isə 1 xörək qaşığı qəbul edilir.

Xora xəstəliyi

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *