fbpx
Close

Stresin şəkərli diabetə təsiri.

Stresin şəkərli diabetə təsiri.

Şəkərlİ dİabet.

 

Məşhur kanada alimi Qans Selsin fikrinə görə qıcıqlara qarşı orqanizmdə universal cavab yaranır ki, bu da orqanizmin ətraf mühitlə uyğunlaşması üçündür. Bunlara simpato-adrenal mexanizmin aktivləşməsini, böyrəküstü vəz hormonlarının (stress hormonu adrenalin) artması, immun sistemin reaksiyası və metabolizmin dəyişməsi mexanizmləri aiddir. Bəzi fizioloqların fikrincə Qans Sels vacib detalı – emosional stress aspektini göstərməmişdir. Demək olar ki, sinir sistemi və emosional stress aspekti insan orqanizminin ən vacib idarəedicisidir. Stress orqanizmin müxtəlif cür təsirlərə qarşı qeyri-spesifik adaptiv cavabıdır.

Müasir zamanda emosional stresdən daha çox danışmalıyıq. Stresin aparıcı səbəbi emosional səbəbdir ki, uzunmüddətli, qane etməyən, həyatı vacib tələbat və ehtiyaclar buna gətirib çıxarır. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının artmasına səbəb olur. Aparılan araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, bir çox fiziki problemlərin yaranmasında nevrotik pozuntuların rolu böyükdür. Stress zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq pozuntuları, qidalanma problemləri və yuxu pozulmaları kimi orqanik şikayətlər müşahidə olunur.

Psİxİatrİk sİmptomlar.

Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəlikləri, parkinson, multiple skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişikliklərə gətirib çıxarır və ya xroniki xəstəliyin stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğunu düşünmək olar. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların və stressin yaranmasına təsir göstərir.

Şəkərli diabet xəstəliyinin əmələ gəlməsi və ağırlıq dərəcəsinin artması genetik və fiziki faktorlardan başqa həyati proseslərdən, psixoloji və stress faktorlarından da asılıdır. Yetkin yaşlarda şəkərli diabeti olan xəstələrin 20-25%-də stress və psixiatrik pozğunluqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Belə tədqiqatlara əsasən stress və psixiatrik pozuntular bir çox hallarda tam müəyyənləşdirilmir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan stress və digər emosional pozğunluqlar xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq stress və təşviş problemləri ilə birlikdə müşahidə olunur. Diabetli xəstələrdə əsəbilik, aqressivlik, duyğu pozuntuları və bununla əlaqəli bir sıra çətinliklər olur ki, bu da şəkərli diabetin kliniki şəklinə, yayılmasına və müalicənin düzgün aparılmasına təsir göstərir.

Stress

Streslə bağlı dəyişikliklər şəkərli diabetin ağılaşmasına səbəb olur. Stress sözünü bir çox insanlar neqativ qarşılayırlar. Bu yanaşma düzgün deyil. Stress özünün 1-ci fazasında Narahatlıq mərhələsi adlanır – insan orqanizminin həssaslığı artır. 2-ci mərhələ Gərginlik mərhələsi – insan orqanizminin resurslarının artmasına gətirib çıxarır. Bu zaman orqanizm öz həyat fəaliyyətini modifikasiya edir, çünki, daha yüksək nəticə əldə edə bilər. 3-cü mərhələ – Tükənmə mərhələsidir. Əgər insan öz emosional vəziyyəti ilə bacarmırsa, o zaman özünü bu ifadəyə təslim edir. Bəs streslə necə bacarmalı? Bu situasiyada nə etməli?

Hər bir insan öz zəif yerini bilməlidir və daimi mənfi emosional funksiyanı sonuc olaraq sındırmalıdır. Orqanizmdə zəif yerləri müəyyən etmək, qohumların sağlamlığını və xəstəlik tarixçəsini araşdırmaqla yanaşı anamnez də əsas şərtdir.
Sakitləşdirici təbii vasitələrdən Nat-Sedativ kapsulu, Sedativ çayın qəbulu faydalıdıdır.

Müəllif: Qəndab Axundova həkim-nevroloq.

Diabet

https://www.herba-flora.com/

http://fizulihuseynov.com/

 

Add Comment

Your email address will not be published. Required fields are marked *