fbpx
Close

Sistit haqqında.

Sistit haqqında.

Sİstİt 

Sistit-sidik kisəsinin iltihabıdır. Bu, bakterial (xlamidiya, bağırsaq çöpü, stafilokoklar, trixomonada və s.), göbələk mənşəli, bəzi hallarda isə qeyri-infeksion təbiətə də malik ola bilər. Sistit törədiciləri burun-udlaqda, ağız boşluğunda, qanda, bağırsaqlarda da yaşayır. Ona görə də orqanizmdə xroniki infeksiya ocağı olan şəxslər (xroniki tonzillit, furunkulyoz, karies,bağırsaq disbiozu, adenoidit) sistitlə xəstələnmə üçün risk qrupuna daxil olan şəxslərdir. Belə ki, immunitet düşən kimi, məs. burun-udlaqda yaşayan infeksiya sidik kisəsinə də düşə bilər. Qadınlarda kişilərə nisbətən sidik kanalı enli və qısa olduğu üçün bakteriyalar rahatlıqla sidik kisəsinə qalxa bilir.

Qadınlarda qısa yubkalar, yaş çimərlik geyimləri,

sınanmamış gigiyenik vasitələrdən istifadə.

Kişilərdə isə prostatit, uretrit,

orxit kimi iltihabi xəstəliklər sistitin inkişafına gətirib çıxarır.

Sistitin yaranma səbəbləri arasında sidik kisəsinin uzunmüddətli kateterizasiyası, cinsi yolla keçən infeksiyalar, şəkərli diabet, piylənmə, soyuqlama, immunitetə kəskin təsir edən iqlim dəyişkənliyi də xüsusi yer tutur. “Bal ayı” sistiti deyilən növdə ilkin cinsi əlaqə zamanı kişi ilə qadın orqanizmi daha öncə tanış olmadığı üçün sidik kanalına vaginal sekret daxil olur və immun sistemi bu prosesə kəskin cavab verir, nəticədə sistit yaranır. Gündəlik həyatda isə cinsi əlaqə zamanı sidik kanalı yarığının təzyiqə məruz qalması prosesdən sonra 12 saat ərzində sistit yaranmasına gətirib çıxara bilər.

Hamilələrdə isə böyümüş uşaqlığın bir sıra daxili orqanlara təzyiqi nəticəsində onların yerdəyişməsi də sistitlə sonlana bilər. Hormonal dəyişiklik də vəziyyəti dərinləşdirir. Nəticədə sidik kisəsi tam boşalmır. Qalıq sidik isə bakteriyaların inkişafı üçün əlverışli mühit rolunu oynayır.

Əlamətlərİ:

sidik kisəsinin tam boşalmaması, bədən temperaturunun qalxması,

sidik saxlaya bilməmə, sidik kanalı nahiyəsində yanma, göynəmə hissi, zəiflik, başgicəllənmə,

tez-tez sidik buraxma, qarının aşağı nahiyəsində ağrı, sidiyin bulanıq,

pis qoxulu olması, bəzi hallarda sidikdə qan damcılarının izlənməsi,

sidiyin qəhvəyi-qırmızı çalarlı rəng alması.

Müayinəyə getməzdən 2 gün əvvəl cinsi aktdan uzaq durmalı, gigiyenik duş qəbul edib sonra getməli. Çünki diaqnostika etmək üçün selikli qişalar və ifrazat orqanlarından müxtəlif yaxmalar, biomateriallar götürülür. Müalicəsi: bakterial mənşəlidirsə, antibiotikoterapiya, iltihabəleyhinə vasitələr, spazmolitiklər, ağrıkəsicilər, iltihabəleyhinə şamlar təyin olunur. Xəstə gündə 3 l-ə qədər su içməli. Rasionda qızardılmış, yağlı, duzlu qidalara qadağa qoyulmalı.

Kişi və qadınlara ayıqulağı, çöl qatırquyruğu tərkibli fitoçaylar, o cümlədən Urotea çayı,Udi-hindi bitkisi, Renokaps şərbəti məsləhətdir. Ev şəraitində ağrılardan qurtulmaq üçün ayaqarasına yüngül isti qrelka qoyulmalı. Hər 3 saatdan 1 cay qaşığı soda ilə 1 stəkan su qəbul etməli ki, sidiyin turşuluğu azalsın, yanma hissi aradan qalxsın. Antibiotikoterapiya ilə vəziyyət 10 günə yaxşılaşır, amma bir neçə həftə də uşaqlıq yolu və bağırsaq mikroflorasının bərpasına lazım olur.

Sİstİtdən qorunmaq üçün:

sidiyi saxlamamaq, bakteriyaları uzaqlaşdırmaq üçün tez-tez sidik ifraz etmək,  günboyu bol su içmək, qəhvə, çay, alkoqol kimi içkilərdən az istifadə etmək, hər gün alt paltarı dəyişilməli, genital bölgənin uzunmüddətli nəm qalmamasına çalışmalı, (nəm mühitdə bakteriyalar artıb çoxalır) vaginal ətir, sabunlardan az istifadə etmək lazımdır.

Müəllif :  Alidə Əhədova, həkim-pediatr.

http://fizulihuseynov.com/

http://www.herba-flora.co

Add Comment

Your email address will not be published. Required fields are marked *