SAÇ TÖKÜLMƏSİNƏ QARŞI

SAÇ TÖKÜLMƏSİNƏ QARŞI

Saç.

Normada hər kəsin başından gündə 100-ə yaxın saç tökülür. Sadə bir üsulla saç tökülməsinin təhlükəli səviyyəyə çatıb-çatmamasını müəyyənləşdirmək olar. Bunun üçün kiçik bir saç dəstəsi barmaqlarla tutulur və çəkilir. Əgər nəticədə 2 tükdən artıq qopmursa, həyəcanlanmağa dəyməz.

Saç tökülməsi başlayıbsa, əvvəlcə saçların hansı səbəbdən tökülməsini müəyyənləşdirmək lazımdır. Səbəblər həm daxili, həm də xarici ola bilər. Xarici səbəblər arasında düzgün olmayan qidalanma, xüsusən pəhriz saxlama daha çox rast gəlinir. Qida maddələri ilə təmin oluna bilməyən tük follikulları vaxtından əvvəl məhv olur.

Əsasən C, B5, B6, PP vitaminlərinin, dəmir, sink, kalsium və maqnezium kimi mineralların çatışmazlığı saç köklərinin vəziyyətinə mənfi təsir göstərir. Lakin gündəlik rasionda kifayət qədər vitamin olsa da, siqaret və alkoqol, bəzi dərman maddələri onların sorulmasını ləngidir. Bununla yanaşı, stress və əsəbilik, hamiləlik və südvermə, həmçinin, hormonal disbalans da saçların tökülməsinə təsir edir.

Müalicə

1. Əgər sizdə əsəb pozulması varsa gündə 3 dəfə yeməkdən əvvəl Sedativ çay yaxud Nevronat şərbəti içməyiniz məsləhətdir.

2. Əgər siz mövsümi meyvələr və göyərtilər yeyirsinizsə, sizdə vitamin və mineral çatışmazlığı olmamalıdır. Lakin bağırsaqların qurd invaziyaları zamanı nə qədər meyvə-tərəvəz yeyilsə də faydası olmur. Mütləq şəkildə qurdları orqanizmdən evakuasiya etmək lazımdır. Bunun üçün gündə 3 dəfə Teazol çayı içməyiniz məsləhətdir və müalicə 1 aydan sonra təkrar oluna bilər.

3. Hamiləlik və laktasiya dövrlərində lazımi dərəcədə meyvə, tərəvəz, göyərti yeyildikdə və sinir sistemi gərginlikdən qorunduqda saç tökülməsi olmur.

4. Hormonal pozulma zamanı qanda alfa-5-reduktaza fermentinin miqdarı artır, bu da qanda dihidrotestosteronun miqdarını yüksəldir, sonuncu saç köklərinin reseptorlarına təsir edir və keçəllik baş verir. Bu fermenti blokadaya almaq üçün cırtdan palma meyvəsinin ekstraktından istifadə olunur.

Bütün bunlardan əlavə, saçlara qulluq zamanı saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə olunmalıdır. Əgər saçlarınızın canlı və sağlam olmasını istəyirsinizsə, yumazdan 2-3 saat əvvəl Fitooil Qara zirə yağı ilə diblərini masaj edin, yuduqdan sonra 1 xörək qaşığı bibəriyyə və ya lavanda bitkisini 2 stəkan suda dəmləyin, üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edin və ən sonda bu dəmləmə ilə saçlarınızı yaxalayın.

Saçlarınızın soğanaqları dərinləşəcək qaşınma və kəpək aradan qalxacaq, saç tökülməsi dayanacaqdır. Bundan başqa, həftədə bir dəfə Fitoton xınalarını qoymaq məsləhətdir. Bunların tərkibində xınadan əlavə basma bitkisi də vardır ki, bu da saç üçün çox faydalıdır.

Saç tökülməsinin ən yaxşı müalicə üsullarından biri də başın 3 yerindən həcəmət olunmaqdır. Həcəmət qan dövranı və baş dərisinin qidalanmasını artırır, dərialtı toxumada mübadilə yaxşılaşır və saçtökülmə aradan qalxır. Hətta yeni tökülmüş saçlar belə yenidən bərpa olunur.

Çalışın, saçlarınızı dəfnə sabunu və ya Fitoton Zeytun yağlı şampunla yuyasınız. Dəfnə sabunu təbii olmalıdır və nəinki saç, bütün dəri problemləri üçün faydalıdır.

Yeni tökülmüş saçları bərpa etmək və yeni ağarmağa başlamış saçları tündləşdirmək üçün belə bir resept tətbiq edə bilərsiniz:
Kənd yumurtasının sarısı 1 ədəd
Alma sirkəsi 2 xörək qaşığı
Gənəgərçək yağı 2 xörək qaşığı

İtxiyarı meyvəsi (xiyərək) 1 ədəd.

İtxiyarını əzib digər ingrediyentlərlə qarışdırın, saç diblərinə çəkin, 2 saat gözləyin. Əgər dəridə yanma hissi yaransa, daha az gözləyə bilərsiniz və yaxud itxiyarının yarısını götürə bilərsiniz. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz.

https://herba-flora.com

http://fizulihuseynov.com/