fbpx
Close

Saç tökülməsi

Saç tökülməsi

Saç.

Saçların sağlamlığı və ona qulluq gözəlliyin ən vacib faktorudur. Lakin heç də həmişə saçlar insana gözəllik bəxş edə bilmir. Bəzən saçlarımızın yaraşıqlı görünməsi üçün müxtəlif vasitələrlə qulluq edirik ki, bununla da bilmədən saçlarımızı zədələmiş oluruq.

Zədələnmiş saçlar parıltısını itirir, qırılır, ucları haçalanır, dənələri nazikləşir, seyrəlir. Günümüzün çox tez-tez rast gəlinən problemlərindən biri də saç tökülməsidir. Saç tökülməsinin səbəbləri çoxdur. Məsələn, normada hər bir sağlam insanın gün ərzində 50-100-ə qədər tükü tökülə bilər. Maraqlıdır ki, düşən tüklərin əvəzində yeniləri də bitir. Bəzən bir sıra çatışmazlıq və patalogiyalarla əlaqədar olaraq saçların tökülməsi davamlı olur və yenilərinin çıxması isə dayanır.

Saç tökülməsinin səbəblərindən irsiyyətlə bağlılıq, dəri problemləri, düzgün qidalanmamaq, avitaminozlar, makro və mikroelementlərin defisiti, hormon çatışmazlığı, bəzi daxili orqan xəstəlikləri, uzun müddətli və həkim nəzarətindən kənar dərman qəbulu, hamiləlik və doğumdan sonra, kimyaterapiya, şüa terapiyası, stress və depresiya, kosmetik vasitələri və s. misal göstərmək olar.

Hər səhər balışın üzərində yaxud saç darağında lopa şəklində tökülmüş saç görürsünüzsə, bu saç tökülməsinin səbəbi araşdırılmalıdır. Əgər saç tökülməsi yarım ildən çox davam edirsə, dermatoloqa və terapevtə müraciət edin. Qadınlarda saçın qalınlığına cinsi hormon – esterogen təsir edir. Çox qadınlar hamiləlik dönəmində saçlarının uzanmasını müşahidə edirlər. Qadın orqanizmində az miqdarda olan kişi hormonları (androgenlər) isə saçın uzanmasına təsir göstərmir.

Qadınlarda və kişilərdə stress

Qadınlarda və kişilərdə stress nəticəsində androgen səviyyəsi artır.Bu hormonal balansı pozur və saç tökülməsinə gətirib çıxarır. Saç tökülməsinin səbəbi qalxanabənzər vəz funksiyasının pozulması da ola bilər. Qeyri-düzgün qulluq da saç tökülməsinə gətirib çıxarır.

Saçları tez-tez rəngləmə, kimyəvi maddələrlə və ütü feni ilə burma yaxud düzləşdirmə onları kövrək və nazik edir. Bu zaman nəinki saçlar, saç dərisi də zədələndiyi üçün heç bir vasitə kömək etmir. Bu kimi hallarda saçlara və baş dərisinə sakitlik verilməli və onların sağalmasını gözləməliyik. Başınızı tez-tez yumayın, saçlarınızı düzləşdirməyin, kimyəvi vasitələrlə boyamayın yaxud yumşaq saç boyalarından istifadə edin.

Saçların uzanması üçün vitaminlər lazımdır. Balanslaşdırılmamış qidalanma və azkalorili pəhriz müvəqqəti saç tökülməsinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün düzgün qidalanmağa başlayın. Bol meyvə, tərəvəz, zülal, yağsız ət, süd məhsulları, balıq, qoz, dənli bitkilər yeyin. Bu qida rasionuna riayət edə bilmirsinizsə, saç üçün biotin, niasin, Zn, B6, B12, A, E tərkibli bioloji qida əlavələri qəbul edin.

Məsələn, Herba Flora şirkətinin Nat-Sarımsaq kapsulu, kişi tipli saç tökülməsində Nat-Prostat kapsulu və s. Saçlarınızı qurumamış daramayın. Yaş saçlar çox həssas olduğu üçün onlar tez qırılır və zədələnir. Saçlarınızı darayanda az dişli daraqlardan istifadə edin. Bir sözlə, saçlarınıza düzgün qulluq edin ,düzgün qidalanın! Stresdən uzaq olun! Möhkəm, sağlam, parıltılı saçlara sahib olun!

Saç tökülməsi

http://fizulihuseynov.com/