Pankreas Çayı

Tərkibi: Zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi çiçəyi, lobya qını, keşniş toxumu, kasnı otu, aptek çobanyastığı çiçəyi, zəncəfil kökü, razyana meyvəsi.

Farmakoloji təsiri:

  • Mədəaltı vəzin sekretor aktivliyini tənzimləyir.
  • Ödün ifrazını sürətləndirir.
  • Zülalların, karbohidratların, yağların həzmini və sorulmasını normallaşdırır.
  • Bağırsaqların peristaltikasını normallaşdırır.
  • Meteorizm və sancıların qarşısını alır.

İstifadəsinə göstəriş:

  • Xroniki pankreatit
  • Dispepsiya (həzmin pozulması)
  • Meteorizm (köp)
  • Xroniki xolesistitin, xroniki hepatitin, qaraciyər sirrozunun kompleks müalicəsi.

Əks göstəriş: çayın komponentlərinə qarşı fərdi həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, öddaşı xəstəliyi.

İstifadə qaydası: 2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul olunur.
Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.