fbpx

NOSAQUA

Burun spreyi

Tərkibi: su, dəniz duzunun hipertonik məhlulu, propolis məhlulu, evkalipt yağı, pixta yağı (şam ağacının bir növündən alınır)

Dəniz duzu: dəniz duzu ayrıca bir duz növü olub, xüsusi müəssisələrdə 100% təbii üsullarla dəniz suyundan alınır. İstehsal dəniz duzunun təbiiliyinin qorunması şərtləri altında aparılır. Dəniz duzunun tərkibində Natriumla birlikdə 84 adda mineral maddə vardır. Dəniz duzu bakteriya və virusları məhv edir, immuniteti yüksəldir, soyuq­dəymə, qızdırma və allergiya əleyhinə təsir edir. Yuxarı tənəffüs yollarının selikli qişasında yaranan iltihabı və ödemi aradan qaldırır.

Propolis məhlulu: propolisin spirtdə çıxarışı, 20 %-li.

Antibakterial, virus və göbələk əleyhinə təsir göstərir, immun sistemi möhkəm­ləndirir, orqanizmdən iltihabın sorulmasını təmin edir. Təbii spazmolitik və ağrıkə­sici təsirləri var. Dəri və selikli qişaların regenerasiyasını, yara və xoraların sağalma­sını sürətləndirir. Yerli olaraq ödemi azaldır, burunaçıcı effekt verir, həmçinin selikli qişanın baryer funksiyasını gücləndirir.

Evkalipt yağı: antiseptik, antibakterial, virus əleyhinə, ağrıkəsici, spazmolitik xüsusiyyətlərə malikdir. Evkaliptin efir yağları bir çox mikrobları məhv edir, soyuqdəymə və zökəm zamanı orqanizmdə ölmüş toxumaları bərpa edir. Evkalipt yağından farmakologiyada qrip əleyhinə dərmanlarda geniş istifadə olunur.

Pixta yağı: antiseptik, iltihabəleyhinə, ağrıkəsici, immunomodulyator şam ağacının bir növünün yarpaqlarından alınan efir yağıdır.

Twin 80: еfir yağlarının emulqatorudur, tərkibi dəyişmədən yağların suda həll olmasını və rahatlıqla orqanizm tərəfindən sorulmasını təmin edir.

Farmakoloji təsiri:

Burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır və durulaşdırır. Səyrici epitelin hərəkətliliyini artıraraq seliyin qovulmasını sürətləndirir. İzatonik olduğu üçün yerli ödemi azaldır və burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq burun tənəffüsünü asanlaşdırır. Burunun selikli qişasından allergenlərin, virus və bakteriyaların yuyulub qovulmasına və məhv olmasına səbəb olur. Yerli olaraq burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstərişlər:

– burun boşluğunun, əlavə ciblərin, burun-udlağın kəskin və xroniki xəstəlikləri

– KRVX və qrip zamanı burun tixanıqlığı

– kəskin və xroniki rinitlər

– adenoidlər

– əməliyyatdan sonrakı dövr (burun boşluğunda aparılan əməliyyatlar)

– allergik və vazomotor rinitlər

– payız-qış dövründə burun boşluğu infeksiyalarının profilaktikası və kompleks

müalicəsinin tərkibində

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 1 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:

1 yaşdan 3 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə

3 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə

7 yaşdan 16 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə

Böyüklərə: gündə 4-6 dəfə hər burun keçəcəyinə 2 püskürtmə

Müalicə kursu bütün hallarda 2-4 həftə təşkil edir (müalicə həkiminin təyinatına əsasən). Bir aydan sonra müalicə kursunun təkrarlanması məsləhət görülür.

Buraxılış forması: 30 ml flakon,

İstifadə təlimatı qutunun içindədir.

Saxlama şəraiti: otaq temperaturunda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

İstehsalçı: Herba Flora, Azərbaycan.

Категория: Product ID: 5399

Описание

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı.

Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir.

Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir. Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.