fbpx
Close

Qurd xəstəlikləri, Helmintozlar

Qurd xəstəlikləri, Helmintozlar

Yayın qayğısız və şən istirahət günlərində həşəratlar xaricdən, parazitlər isə daxildən həm böyüklərin, həm də uşaqların narahatçılığına səbəb olur. Məhz yay aylarında xüsusən uşaqların qurd yumurtalarına yoluxması daha intensiv baş verir. Belə ki, qeyri-sağlam qidalanma, uşaqların torpaq, qumla mütəmadi oynayıb əllərini yumaması, qurdlara sanki bir təkan verir. Şən və hərəkətli uşağın birdən-birə rəngi avazıyır, solğunlaşır və əsəbi olur. Bu cür uşaqlarda iştahasızlıq, yuxunun pozulması, çox zaman da dəridə məxmərəyə bənzər səpgilər baş verir. Əksər vaxtlar “çağrılmamış qonaqlar”ın müalicəsinə payız aylarında başlanılır. Valideynlərə müxtəlif ixtisas həkimlərinə, xüsusən də psixonevroloq, dermatoloqa müraciət etməyi məsləhət görürləe. Bu həkimlərin təyinatı isə heç də bütün şikayətlərin yox olmasına səbəb olmur. Valideynlərin əsassız olaraq yay aylarında parazitlərin müalicəsindən imtina etmələri uşaqların yeni tədris ilində yaddaş zəifliyi, halsızlıq kimi hallarla qarşılaşmasana gətirib çıxarır.

Odur ki, vaxtında və düzgün müalicə uşaqların həm fiziki, həm də zehni cəhətdən sağlam inkişafna səbəb olar. Herba Flora şirkətinin istehsalı olan təbii bitki çayı Teazol, Nat-Sarımsaq kapsulu, Fitooil Balqabaq yağının istifadəsi helmintozların yay aylarında müalicə olunmasına və profilaktikasına böyük kömək edir.

Baş vermiş yoluxma əgər müalicəsiz qalarsa kəskin mərhələdən xronik mərhələyə keçər. Kəskin mərhələnin əlamətlərinə qızdırma, dəridə müxtəlif səpgilər, yuxarı tənəffüs yollarının iltihabı, duru nəcis, angina, limfadenitlər, bronxospazm, ağciyərlərin infiltrasiyası, pnevmomiokardit aiddir.

Xroniki mərhələdə bu əlamətlər daha qabarıq olur və ağırlaşmalara səbəb ola bilir.

Helmintozlar.

Helmintozların növləri müxtəlif olduğu kimi hər birinin də spesfik əlamətləri olur. Məsələn strongiloidoz və filyariatozlarda allergik əlamətlər – ödem və dəri səpgiləri daha çox olur.

Əgər helmintlər öd yollarında lokalizə olunarsa, qarının yuxarı hissəsində və sağ qabırğaaltı nahiyədə güclü ağrılar olur. Ankilostomoz zamanı dəmirdefisitli anemiya inkişaf edir. Difillobotriozda isə makrositar hiperxrom anemiya olur.

Ən ağır helmintozlar isə exinokokkoz, sistiserkoz, alveokokkozu aid edirlər.

Helmintozların xarakterik əlamətlərindən biri də periferik qanda olan dəyişikliklərdir. Kəskin dövrdə qanda eozinofiliya müşahidə olunur. Əksinə xroniki dövrdə eozinofillərin sayı azalmış olur ki, bu da heç də yaxşı əlamət sayılmır.

Helmintozların növləri olduqca müxtəlif olduğundan diaqnostik müayinələri də müxtəlifdir. Bunlara nəcisin makro- və mikroskopik müayinələri, öd və onikibarmaq bağırsağın möhtəviyyatının təyini, qanda spesfik anticisimlərin öyrənilməsi daxildir.

Helmintoz üçün yay ayları öz aktuallığını daim saxlayır. Belə ki, meyvə, tərəvəzin bolluğu, bilavasitə sahələrdən yeyilməsi xəstəliyin baş verməsinə geniş yol açır. Ən kiçik giləmeyvənin yuyulmadan yeyilməsi xəstəxana çarpayısına gətirib çıxarır.

Elementar gigiyena qaydalarına əməl etmək yəni, yeməkdən öncə, ayaqyolundan sonra əllərin yuyulması, meyvə və tərəvəzlərin təmiz yuyularaq istifadəsi, ət və ət məhsullarının düzgün hazırlanması, çiy sudan istifadə edilməməsi, alt paltarlarının tez-tez dəyişdirilməsi helmintozların ən önəmli profilaktik tədbirlərdən sayılır.

Bütün bunlarla yanaşı olaraq 1 ay müddətində Teazol çayının müntəzəm qəbulu müalicənin effektini artırır.

http://fizulihuseynov.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *