fbpx
Close

Qarpız və Yemiş.

Qarpız və Yemiş.

Qarpız.

Yaşıl-qara zolaqlı bostan bitkisi olan qarpızın 100 qramında cəmi 38 kilokalori var. Qarpız həzm prosesini yaxşılaşdıran zülalla, orqanizm tərəfindən insulinsiz qəbul olunan fruktoza ilə zəngindir. Ona görə də şəkərli-diabet xəstələri də az miqdarda qarpız yeyə bilərlər. Yay giləmeyvəsi olduğundan tərkibində fol turşusu, maqnezium və kalsium da kifayət qədərdir. Qarpız orqanizmi şlaklardan təmizləyir, orqanizmin temperatur tənzimlənməsinin yaxşılaşmasına, eləcə də maddələr mübadiləsinin bərpasına kömək edir. Qarpızın tərkibində qlükoza, təbii boyayıcı maddələr, üzvi turşu, alma turşusu karotin, B1, B2, C vitaminləri, dəmir və kalsium duzları vardır. Qarpızın tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% C, B1, B2 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir.

Qovun və ya yemiş.

Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovun tumu bir çox dərdə dərmandır. Belə ki, o, bədənə istilik və nəmlilik verib, mədəni yumşaldır. Qaraciyərin dərmanıdır. Sidikqovucu təsiri var. Sinə ağrıları, qızdırma, öskürək müşahidə olunan zaman yemiş tumu yemək məsləhətdir. Yeməkdən əvvəl yeyilən yemiş həzm sistemi orqanlarını təmizləyir. Böyrək-sidik kisəsi duz kristalları tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur və tərqovucudur. Qurudulmuş qabığından 2 xörək qaşığı yemək böyrək daşına qarşı təsirlidir. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.

www.herba-flora.com;                                                                                                                                                                      http://fizulihuseynov.com/