fbpx
Close

Qaraciyər piylənməsi.

Qaraciyər piylənməsi.

Hepatoz.

Qaraciyər insan orqanizmində ən böyük vəzi və cüt olmayan orqandır. Həkimlər haqlı olaraq qaraciyəri insan orqanizminin “biokimyəvi laboratoriyası”adlandırırlar. Belə ki, qaraciyər hesablamalara görə eyni anda 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. O, domna peçi kimi fasiləsiz işləyir və nəticədə qaraciyər hüceyrələri çoxlu miqdarda enerji istehsal edir və öz-özünü bərpa edir. Amma hər şeyin bir bəlli hüdudu var. Qaraciyərin piylənməsi dediyimiz xəstəlik orqan zədələnməsinin ən çox təsadüf olunan formalarından biridir.

Qaraciyərin piy distrofiyası toksiki maddələrin təsiri,alkoqol qəbulu, keyfiyyətsiz qidalanma və s. zamanı meydana gələ bilər. Maddələr mübadiləsinin və çox qəribədir ki, yağların yox karbohidrat mübadiləsinin pozulması qaraciyərdə piy toplanmasına gətirib çıxarır. Bəs əslində karbohidrat mübadiləsi necə pozulur? Bunu insulinə rezistentlik – dözümlülük adlandırırlar. Hüceyrələrin insulinə həssaslığı azalır, qanda qlükozanın miqdarı artır, arterial təzyiq yüksəlir, damarı kirəcləşmədən qoruyan xolesterin səviyyəsi azalır, triqliserid (qanda xüsusi yağlar) səviyyəsi yüksəlir, qan qatılaşır, trombəmələgəlməyə meyllilik yaranır.

Qlükoza hər bir hüceyrənin mövcud olması və həyat fəaliyyətini davam etdirməsi üçün bir “yanacaq”dır. Amma qlükoza molekulu iri olduğu üçün hüceyrə membranının kiçik və nazik kanallarından daxilə keçə bilmir. Qlükozanın hüceyrənin içinə daxil olması üçün insulin hormonuna ehtiyacı var. O, mədəaltı vəzidə sintez olunur. Bizim qeyri-düzgün qidalanmağımız, az hərəkətliliyimiz bu hormonun fəaliyyətinin pozulmasına gətirib çıxarır. Biz doğrudan da günahkarıq: A- karbohidratlarla zəngin qidalar qəbul edirik və B- az hərəkət edirik. Bu da zamanla hüceyrələrin insulinə həssaslığını azaldır. Hüceyrələr qlükozasız “ac” qaldıqları üçün enerji mənbəyi kimi qaraciyər hüceyrələrində yağ damlaları toplamağa başlayır. Bu da qaraciyərin piylənməsinə gətirib çıxarır.

Qaracİyər pİylənməsİ xəstəlİyİ 2 formada.

Qaraciyərin piylənmə xəstəliyi 2 formada gedir: 1- alkoqollu, yaxud alkoqolsuz piyli hepatoz, 2 – steato-hepatitdir. Virus hepatitindən fərqli olaraq bu xəstəlik qaraciyərdə çoxlu miqdarda piyin toplanması ilə əlaqədar baş verən iltihabi prosesdir. Qaraciyər piylənməsi nəticə etibarı ilə şəkərli diabetə yol açır. Çünki həm lipid, həm karbohidrat mübadiləsi orqanizmdə qarşılıqlı əlaqə mexanizmi ilə işləyir. Biz çoxlu miqdarda karbohidrat qəbul etdiyimiz zaman o qaraciyərdə piylənməyə, əksinə çoxlu miqdarda yağ qəbulu isə qanda qlükozanın artmasına gətirib çıxarır.Qaraciyər piylənməsi kəskin əlamətlər vermir. Xəstəlik irəlilədiyi zaman xəstələrdə sağ qabırğaaltı nahiyədə ağrı, ürəkbulanma, qusma, qaşınma, qarında köp kimi əlamətlər müşahidə oluna bilər. Diaqnostika üçün ultrasəs müayinə (USM) və bir sıra laborator qaraciyər sınaqları mövcuddur.

Piyli hepatozun müalicəsi 3 istiqamətdə aparılmalı: 1 – qidalanma tərzi dəyişməli, az-az, tez-tez qidalanmalı, az kalorili, yüksək lifli, tərəvəzlərlə zəngin qidalar yeməli, xüsüsilə pəhrizə sarımsaq, soya, brokkoli, avokado kimi bitkilər daxil etməli, qızardılmış, yağlı məhsullardan uzaq durmalı, 2 – həyat tərzi dəyişməli, hərəki aktivlik artmalı, səhərlər piyada yürüşlər etməli, idmanla məşğul olmalı, 3 – medikamentoz müalicə. Qaraciyər piylənməsinin ilkin mərhələlərində təbii yollarla müalicəsi mümkündür. Alaqanqal toxumu, Fitooil Alaqanqal yağı, Hepartea çayı və Hepanat şərbəti müalicədə effektiv məhsullardandır.

Qaraciyər piylənməsi müalicə olunan bir xəstəlikdir. Aktiv, gümrah həyat tərzi və müalicə şərtlərinə əməl olunsa, piylənmiş qaraciyər zamanla, hətta 18 yaşlı, heç zaman xəstələnməmiş bir gəncin qaraciyərinə çevrilə bilər.

Müəllif : həkim-pediatr Alidə Əhədova.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/