fbpx
Close

Qəbizlik.

Qəbizlik.

Həzm sistemi xəstəlikləri özünü müxtəlif simptom və əlamətlərlə büruzə verir. Bu əlamətlərdən biri də qəbizlikdir ki, uşaqlar və böyüklər arasında çox tez-tez rast gəlinir. Qəbizliyin əsas səbəbləri düzgün qidalanmama, az hərəkətlilik, oturaq həyat tərzi, duru xörəklərdən az istifadə etmə, rejimsiz qidalanma, sutka ərzində suyun normadan az qəbul olunması, ayaqüstü keyfiyyətsiz və tam bişməmiş qidalarla qidalanma, meyvə-tərəvəzlərdən kifayət qədər istifadə etməmək və bağırsaqların tonusunu və peristaltikanı zəiflədən bəzi xəstəliklərdir. Sadaladığımız səbəblərdən bağırsağın hərəkəti (peristaltikası) zəifləyir, nəcis kütlələri yoğun bağırsaqda ləngiyir, həcmi böyüyür və konsistensiyası bərkiyir. Normal halda insan hər gün ən az 1 dəfə böyük bayıra çıxmalıdır. Qidalanma rejimi və qidanın həcmindən asılı olaraq günaşırı da normal hal hesab edilə bilər. Əgər defekasiya aktı iki gündən çox ləngiyirsə, onda qəbizlik olduğunu hesab etmək olar. Qəbizlik defekasiyanın çətinləşməsidir ki, insan uzun müddət gücənmə məcburiyyətində qalır. Defekasiya aktının belə çətinliklə baş verməsi düz bağırsağın ətrafında ağrı, aktın tam başa 1çatmaması kimi diskomfort hissinin olması, düz bağrsaqda durğunluq, düz bağırsağın çatlarına və anal dəlik ətrafında qanamalara qədər gətirib çıxarır. Belə vəziyyət insanların emosional sferasına mənfi təsir göstərir və stress faktorunun yaranmasına real şərait yaradır.

Qəbizliyin müalicəsində həyat tərzini, qida rejimini, qida tərkibini dəyişməkdə böyük fayda var. Bu məqsədlə ilk öncə hər gün idmanla məşğul olmaq, gündə 3 – 4 dəfə normal tərkibdə qidalanmaq, meyvə – tərəvəzdən lazımi qədər istifadə etmək lazımdır. Sutka ərzində 3 litrə qədər su qəbul etmək tövsiyə olunur. Bunlardan başqa təbii bitki müalicəsi də məsləhətlidir. Qəbizliyin müalicəsində murdarça qabığı, səna yarpağı,bağayarpağı toxumu, boymadərən otu, razyana toxumu, zəyərək toxumu, gavalı və ərik meyvələrindən istifadə etmək əhəmiyyətlidir.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *