fbpx
Close

Prostat vəzin hiperplaziyası

Prostat vəzin hiperplaziyası

Prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstələr dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedirlər və bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik qaldığından tam boşalma olmur. Cinsi istək azalır və yavaş-yavaş itir. Axşamlar sidiyə getmə çoxalır, səhərə qədər dəfələrlə narahatlıq yaradır. Prostat vəz yerləşən nahiyədə güclü ağrılar olur.

Müalicədən əvvəl prostat vəzin USM müayinəsindən keçmək və qanda “PSA total” analizi verərək müalicəyə başlamaq lazımdır. Hər 2 aydan bir yoxlanılmaqla müalicənin nəticələrini müəyyənləşdirmək olar.

Prostat vəzin hiperplaziyasında (yəni böyüməsində) aşağıdakı məcundan istifadə edə bilərsiniz.

Zəncəfil  kökü     –    30 qram

Qarazirə  toxumu  –  50 qram

Xurma tozu (erkəkcikləri)  –  100 qram

Ud hindi kökü        –        50   qram

Novruz şaxtagülü    –     20  qram

Bal (şabalıd vəya qaratikan)   –  1 kq

Bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdülür, bir-birinə qarışdırılır.

gündə 3 dəfə yeməkdən 1 saat  əvvəl 1 çay qaşığı qəbul edilir.

Məcunun qatılığı və acılığı narahatlıq yaradanda əlavə olaraq 0.5 kq-a qədər bal əlavə etmək olar.

İstifadədən əvvəl məcunu qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanların istifadə etməsi məsləhət deyil və ya ehtiyatla, az miqdarda tətbiq edə bilərlər.

Məcundan istifadə edərkən ishal yaransa onun miqdarı yarıbayarı azaldılmalıdır, problem yarananda isə onun qəbulu dayandırılmalıdır, çünki hər bir orqanizm fərqli xüsusiyyət daşıyır və məcunun tərkibindəki bitkilərə əks reaksiya verə bilər.

Prostat hiperplaziyasından (böyüməsindən) əziyyət çəkənlər gündə 2 saat yeyin-yeyin gəzməlidirlər. Bəzi hallarda sidiyə getmə tam dayana bilir,  onda 100 qram çobanyastığı çiçəklərini 2-3 litr suda 5 dəq qaynadıb ilıq olana qədər gözləyib vanna etmək lazımdır, vannanı yaxşı olar isti bir otaqda edib, vanna qəbulundan sonra soyuğa çıxmaq ziyan edə bilər. Vannanı yalnız məcburiyyət olanda etmək lazımdır, çünki çox isti şərait prostat böyüməsinə əks göstərişdir.

Prostat böyüməsi olanlar aşağıdakı çaydan içə bilərlər:

Bibəriyyə  yarpağı – 100 qram

Fındıq yarpağı  – 100 qram

Yağı otu   – 100 qram

Gülümbahar  –  100 qram

3 stəkan suya hərəsindən 1 dolu çay qaşığı qarışdırıb dəmləməli, gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 stəkan içilməlidir.

Müəllif: Fizuli Hüseynov