Close

Propolis.

Propolis.

Propolis.

Propolis alarkən nələrə diqqət etməli ?

Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçəndə ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun və yeşiyin içinə mikrob gətirməsinlər. Bundan əlavə, yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındakı propolisin tərkibi yeşiyin başqa yerindəki propolisin tərkibi ilə eyni deyildir. Daha dəqiq desək, ayaq altındakı propolis daha keyfiyyətlidir. Antibakterial maddələrlə daha zəngindir.

Propolis alanda belə nüanslara diqqət etmək önəmlidir. Arılar yuvaya girmiş böyük həşəratları öldürəndən sonra bayıra çıxarmağa gücləri çatmayanda, onun üzərini propolislə örtürlər. Bir növ, mumyalayırlar. Belə mumyalanan həşərat xarab olmadan illərlə qalır və heç bir ziyan vermir.

Propolisin təsirləri nələrdir?

PROPOLİS PEDİATRİK SPREYİ

Propolis – çox güclü spazmolitikdir.

Belə ki, propolisin analgetik (keyidici) xüsusiyyəti novokaindən 10 dəfə çoxdur. Buna görə də ağız boşluğunda, boğazda olan yaraların müalicəsində və güclü diş ağrılarında 20%-li propolis məhlulu ilə həm qarqara olunur, həm də daxilə qəbul edilir.


Propolis necə istifadə olunmalıdır ?

a) Propolisin daxilə istifadə qaydası.

20%-li propolisi daxilə qəbul edəndə 1 çay qaşığı yarım stəkan suda həll edilir, su süd rəngini alır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl hamısı içilir. Xaricə istifadə edəndə isə 2 çay qaşığı 20%-li propolis məhlulu yarım stəkan suda həll edilib gündə 3 dəfə pambıqla vurulur, irinli yaralarda, qızılyeldə yarım stəkan suya 2 xörək qaşığı 20%-li propolis məhlulunu qarışdırıb pambıqla yara nahiyyəsinə vura bilərsiniz.

Bundan başqa, həm daxili göbələklər zamanı, həm də dərinin göbələk zədələnmələrində ən faydalı təbii vasitə yenə də 20%–li propolis məhluludur.

b) Propolisin xaricə istifadə qaydası

Belə ki, dərinin göbələk xəstəlikləri zamanı gündə 2 dəfə zədəli nahiyələr pambığa batırılmış propolis məhlulu ilə silinir. Daxilə isə gündə 3 dəfə 1 çay qaşığı yarım stəkan suya qarışdırılıb içilir. Propolis cövhərini daxilə qəbul edəndə təzyiqi salır. Yüksək təzyiqin müalicəsində propolis cövhərindən 1 çay qaşığı götürüb yarım stəkan suda həll edib içmək lazımdır.

c) Propolisin istifadəsi zamanı diqqət edilməli məqamlar.

Əgər daxildə (beyində, mədədə, bağısaqlarda)  hansısa bir yaradan vəya travmadan sonra çapıqlaşma əmələ gəlibsə, çapıq toxumasının əriməsi üçün propolis cövhərinin içilməsi çox faydalıdır. Propolisin bu faydasına diqqət yetirmək lazımdır, çünki bəzən beyində əmələ gəlmiş çapıq toxuması illərlə insanda özündəngetmələrə, baş ağrılarına, bəzən hansısa fermentin yüksəlməsinə (məsələn, prolaktin) səbəb ola bilir.

Propolis hansı xəstəliklərdə istifadə olunur ?

Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur. Propolisin tərkibindəki flavonoidlər və polifenollar onu xərçəngin müalicə və profilaktikasında    faydalı edir. Dəri səpgilərində, sızanaqlarda, aknelərdə xaricə istifadə olunur.
Mikrob xəstəliklərində, revmatizmdə, revmatoid poliartritdə həm ağrıları azaltmaq üçün oynağa çəkilir.

Oynaqlara ağrıkəsici və iltihab əleyhinə təsirli maddə kimi istifadə olunanda propolisin suda həll edilmiş variantından niyə istifadə etmək lazımdır?

Çünki propolis suda həll ediləndə qətran hissəsindən ayrılır belə məhlulu dəriyə vuranda yapışmır.

Qeyd: Propolisin suda həlli ev şəraitində alınmaz, yalnız sənaye şəraitində hazırlanılmalıdır. Eyni zamanda  20%-li məhlulu daxilə qəbul olunur. Bu zaman propolis məcunundan istifadə etmək çox faydalıdır.

Müəllif : Fizuli Hüseynov

Add Comment

Your email address will not be published. Required fields are marked *