Close

Zəfəranabənzər Levzey

Tərkibi: Ekdisten steroidi, efir yağları, alkaloidlər, inulin, fosfat turşusunun duzları, aşı maddələri və qətranlar, C vitamini, retinol və s.

Farmakoloji təsiri: Təbii adaptogendir, orqanizmə tonuslandırıcı və ümumi möhkəmləndirici təsir göstərir, bədənin xarici mühitin əlverişsiz amillərinə və fiziki yüklənməyə qarşı müqavimətini artırır. Fiziki və zehni yorğunluq, yuxusuzluq, beyin qan dövra­nının pozulması, yaddaşın və zehni qabiliy­yətin zəifləməsi, xroniki yorğunluq sindromu, şəkərli diabet, predmenstrual sindrom və cinsi zəiflik zamanı istifadə olunur.

Əks göstərişlər: Epilepsiya, arterial hipertenziyalar, nevrozlar, hamiləlik, 12 yaşa qədər uşaqlar.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 3 həftədir.

Kateqoriya: , Product ID: 2618