Close

UROTEA ÇAYI (Uroloji çay)

Tərkibi: Eleuterokok kökü və kökümsovu, ayıqulağı yarpağı, bostan şüyüdü meyvəsi, gülümbahar çiçəyi, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi: Eleuterokok kökü və kökümsovunun tərkibində efir yağları, mikroelementlər, pektin maddələri və s. vardır. Ayıqulağı yarpağının tərkibində flavonoidlər, üzvi turşular, aşı maddələri, arbutin və metilarbutin qlikozidləri vardır. Bostan şüyüdü meyvəsinin tərkibində 5%-ə qədər efir yağları, 20%-ə qədər piyli yağlar, karotin və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, qlikozidlər, acı maddələr, üzvi turşular və C vitamini vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır.

Farmakoloji təsiri: İltihab əleyhinə, spazmolitik, antibakterial, sidikqovucu və orqanizmə ümumi tonuslandırıcı təsir edir, regenerasiya prosesini sürətləndirir.

İstifadəsinə göstəriş:

  • Pielonefrit
  • Böyrəkdaşı xəstəliyi
  • Sistit, uretrit
  • Hamiləliyin II yarısının toksikozu (periferik ödemlər, nefropatiya)
  • Uroloji əməliyyatlardan sonrakı dövr
  • Sidikliyin kateterizasiyasından sonra
  • Diabetik nefropatiya

Əks göstəriş:

  • Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
  • Kəskin qlomerulonefrit və kəskin böyrək çatışmazlığı.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.

Müalicə kursu 2-4 həftədir.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Kateqoriya: , Product ID: 2766