TEASTOMİN ÇAYI (Mədə üçün çay)

TEASTOMİN ÇAYI (Mədə üçün çay)

Tərkibi: Cökə çiçəyi, zəyərək toxumu, biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü.

Kimyəvi tərkibi: Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır. Zəyərək toxumunun tərkibundə 30-48% yağ turşuları, 1,5% linamarin qlikozidi, selik, zülali maddələr, vitamin C və s. vardır. Biyan kökünün tərkibində qlisirrizin, efir yağları, C vitamini və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Razyana meyvəsinin tərkibində 6,5%-ə qədər efir yağları, 18%-ə qədər yağ turşuları və s. vardır. Kəcəvər kökünün tərkibində 25-40%-ə qədər nişasta, akorin qlikozidi, selik, aşı maddələri və s. maddələr vardır.

Farmakoloji təsiri: Mədənin selikli qişasına bürüyücü, antasid, xora əleyhinə, antiseptik, spazmolitik və iltihab əleyhinə təsir göstərir. Mikrosirkulyasiya və regenerasiyanı sürətləndirir, iştahanı və həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.

İstifadəsinə göstəriş:

  • Hiperasid qastrit
  • Mədənin xora xəstəliyi
  • 12-barmaq bağırsağın xora xəstəliyi
  • Reflüks-ezofagit
  • Mədə katarı

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 30 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Yağlı, qızardılmış qidalar, fast-fudlar, kəskin və ədviyyatlı qidalar əhalinin, ən çox da işləyən təbəqənin gündəlik qida rasionunun böyük bir qismini təşkil edir. Statistikaya görə inkişaf etmiş ölkələrin əhalisinin 95 %-i mədə problemlərindən əziyyət çəkir. Bu səbəbdən xəstələr tərəfindən müxtəlif bürüyücü, antasid, iltihab əleyhinə preparatların vaxtında və müntəzəm olaraq qəbul edilməsi bir çox ağırlaşmaların qarşısını alır. Bu dərmanların hər biri həkimlər tərəfindən ayrı-ayrı preparat şəklində təyin olunduğundan xəstələrdə dərmana qarşı ikrah hissi yaranır. Həm də bu tipli preparatların uzunmüddətli təyin edilməsi həzm vəzilərində tənbəllik yaradır. Sonradan əlavə mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır. Bu səbəblə Herba Flora şirkətinin tam təbii məhsulu olan Teastomin çayı hər kəsin imdadına çatır.

Mədə və ya on iki barmaq bağırsaqda xora və ya eroziv proseslər zamanı lazım olan bürüyücü effekti Teastomin çayı tərkibindəki zəyərək toxumu, şirin biyan kökü və cökə çiçəyi kimi selik saxlayan bitkilər sayəsində həyata keçirir. Bürüyücü təsir göstərərək mədə divarında olan sinir ucluqlarını qıcıqlanmadan qoruyur və ağrıkəsici təsir göstərir. Həmçinin bu bitkilər zədə nahiyəsindəki iltihabi proseslərin sağalmasını da sürətləndirir. Bu xəstələri narahat edən əsas əlamət mədədə turşuluğun yüksəlməsi və qıcqırmadır. Bu hal qida qəbulu ilə əlaqədar daha da artır, xəstələrin həyat keyfiyyətini aşağa salır. Teastomin çayı kəcəvər kökü və şirin biyan kökü  sayəsində mədədəki xlorid turşusunun artıq miqadırını absorbsiya edərək neytrallaşdırır. Nəticədə mədənin turşuluğu azalır, qıcqırma və yanma hissi aradan qalxır.

Teastomin çayın tərkibi

Teastomin çayının tərkibində olan əksər bitkilər, xüsusən də istiotlu nanə yarpağı və cökə çiçəyi mikrosirkulyasiyanı və regenerasiyanı yaxşılaşdıraraq həzm sistemində olan  xora və eroziv proseslərin sağalmasını sürətləndirir, spazmolitik təsir göstərərək ağrı sindromunu azaldır. Kəcəvər kökündə olan akorin qlikozidi, razyana meyvəsi və nanə yarpağı dad reseptorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Məlum olduğu kimi bu tip xəstələrdə adətən qəbizliyə meyillik olur. Teastomin çayı tərkibində selik və yağ turşuları saxlayan bitkilər (zəyərək toxumu, şirin biyan kökü) sayəsində yumşaldıcı effekt verir, qəbizliyin qarşısını alır. Teastomin çayını uşaqlar, hamilə qadınlar, südverən analar, xroniki xəstəliklə əlaqədar ömrünün sonuna qədər dərman içmək məcburiyyətində olan hər kəs, həm mədəqoruyucu, həm də mədə turşuluğunu azaltmaq məqsədi ilə rahatlıqla istifadə edə bilər.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar