TEASEPT ÇAYI (Antiseptik çay)

TEASEPT ÇAYI (Antiseptik çay)

Tərkibi: Evkalipt yarpağı, gülümbahar çiçəyi, adaçayı yarpağı, aptek çobanyastığı çiçəyi, andız kökü, biyan kökü, cökə çiçəyi.

Kimyəvi tərkibi: Evkalipt yarpağının tərkibində efir yağları, aşı maddələri, üzvi turşular və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, üzvi turşular, C vitamini və s. vardır. Adaçayı yarpağının tərkibində flavonoidlər, alkaloidlər, aşı maddələri, üzvi turşular P və PP vitaminləri, fitonsidlər, efir yağları, salvin və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen), flavonoidlər, karotin, C viamini və s. vardır. Andız kökünün tərkibində efir yağları, C vitamini və s. vardır. Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır.

Farmakoloji təsiri: İltihab əleyhinə, antiseptik, fitonsid, büzücü və bürüyücü təsirə malikdir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə bakteriostatik, göbələk və ibtidailərə isə öldürücü təsir göstərir. Organizmin yerli müdafiə funksiyasını gücləndirir, regenerasiya və epitelizasiyanı sürətləndirir.

İstifadəsinə göstəriş: Stomatit, gingivit, parоdontoz, ağızgəlmə, rinit (zökəm), angina, tonzillit, laringit, faringit, traxeit, blefarit, konyuktivit. Ağızdan xoşagəlməz qoxu zamanı, diş çəkildikdə və diş protezlərindən istifadə zamanı damaq yaralarının müalicə və profilaktikasında təyin edilir.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Qarqara üçün: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.

Daxilə istifadə üçün:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

İnhalyasiya üçün dəmləmə eyni qaydada hazırlanır. Gündə 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.

Müalicə kursu 10 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar