Close

TEALAKTON ÇAY (Südartırıcı çay)

Tərkibi: Qaraqınıq otu, Gicitkən yarpağı, Güldəfnə toxumu, Razyana meyvəsi, Cirə meyvəsi

Farmakoloji təsiri: Tealakton  laktasiyanı artırır. Prolaktinin sintezini və südün ifrazını stimullaşdırır. Bu zaman südün miqdarı uşaqların qidalanması üçün yetərli olur. Doğuşdan sonrakı dövürdə uşaqlığın yığılmasını təmin edir.

İstifadəsinə göstəriş: Südverən analarda süd ifrazının çatışmazlığı (erkən və gecikmiş hipoqalaktiya), təbii qidalanma dövrünün uzadılması.

Əks göstəriş:

  • Hamiləlik.
  • Hipertoniya xəstəliyi.
  • Komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası: Bir və ya iki ədəd filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15-20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Çayın qəbulu yaxşı olar ki, doğuşdan 10 gün sonra həyata keçirilsin.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Kateqoriya: , Product ID: 2806