SEDAFORT (Sakitləşdirici şərbət)

SEDAFORT (Sakitləşdirici şərbət)

Tərkibi (100 ml):

Dərman bədrənci (Melissa officinalis) yarpağının distillatı – 12 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 12 ml; Sünbüllü lavanda (Lavandula angustifolia ) otunun distillatı – 12 ml; Sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 10 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Şərbətin tərkibində olan komponentlər neyronlararası əlaqələri normallaşdırır, sinapslarda impulsların ötürülməsini yaxşılaşdırır. Sinir hüceyrələrinin tərkibinə daxil olan xlor ionları hüceyrələrə tormozlayıcı təsir göstərərək oyanıqlığı azaldır. Sinirləri normasına salır, narahatlığı azaldır, yuxunu tənzimləyir və normal yuxu ritmini bərpa edir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Nevrozlar
  • Əsəbilik
  • Yuxusuzluq
  • Yuxu ritminin pozulması
  • Zehni və fiziki yorğunluq sindromu
  • Asteno-nevrotik vəziyyət

İstifadə qaydası:

  • 4-12 yaş: 1-2 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
  • 12 yaşdan yuxarı, böyüklər: 1 xörək qaşığı (15 ml) gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
  • Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Herba Flora şirkətinin istehsal etdiyi yeni tərkibli, keyfiyyətli Sedafort sakitləşdirici şərbəti yüksək müalicəvi effektə malikdir. Sedafort şərbətinin tərkibi pişikotu kökü, damotu otu, passiflora otu, yemişan çiçəyi, bibəriyyə otu, lavanda otu, istiotlu nanə yarpağı və melissa yarpağının duru ekstraktından ibarətdir. Şərbət sakitləşdirici və yuxugətirici effektə malikdir.

Sedafort şərbəti yuxusuzluq, psixoemosional gərginlik, nevrozlar, narahatlıq, qorxu, həyəcan, xroniki yorğunluq sindromu, stenokardiya, miqren, müxtəlif səbəbli baş ağrıları, əsəbilik, stress, neyrosirkulyator distoniya və vegetativ-damar distoniyası kimi xəstəliklərdə istifadə olunur.

Sedafort şərbət təsiri

Sedafort şərbətinin tərkibində olan pişikotu, damotu, passiflora kimi bitkilər tormozlayıcı təsir edərək sinir oyanıqlığını aradan qaldırır, yuxuyagetməni asanlaşdırır, yuxu ritmini tənzimləyir. Səthi və dərin yuxu tsiklini və fasiləsiz gecə yuxusunu bərpa edir. Yemişan, melissa ürəyin və beyinin damarlarını genişləndirərək qan dövranını və qidalanmasını yaxşılaşdırır. Lavanda otu miqren ağrılarını azaldır, oyanıqlığı və psixoemosional gərginliyi aradan qaldırır, isterik nevrozlara sakitləşdirici təsir edir. Sistit, uretrit və vaginitlərdə geniş iltihabəleyhinə təsir göstərərək şlakları təmizləyir və bu xəstəliyin fonunda əmələ gələn narahatlığı və əsəbiliyi aradan qaldırır.

Sedafort şərbəti tərkibindəki damotu otu sayəsində koronar qan damarlarını genişləndirir, ürəyin oksigenə olan təlabatını azaldır, təminatını isə artırır. Şərbət həm də sinir-psixi gərginliyi olan xəstələrdə ürəkdə ritm pozğunluğunu aradan qaldırır, nəbzi normallaşdırır. Herba Flora şirkətinin Sedafort şərbəti tərkibindəki passiflora sayəsində sakitləşdirici və sedativ təsir etməklə yanaşı həm də yuxunun keyfiyyətini yaxşılaşdırır, həyəcanı, narahatçılığı da aradan qaldırır. Herba Flora şirkətinin Sedafort şərbəti məhz passiflora sayəsində zehni və fiziki qabiliyyəti yaxşılaşdırır, ürəkdöyünməni sakitləşdirir. Herba Flora şirkətinin Sedafort şərbəti menopauza zamanı klimakterik sindromu azaldır. Eyni zamanda qəfləti istibasma, tərbasmanı aradan qaldırır. Arterial təzyiqi normallaşdırır.

Sedafort şərbətinin tərkibindəki bibəriyyə və istiotlu nanə yarpağı yuxunu normallaşdırır, əsəbləri sakitləşdirir, aqressivliyi və sinir oyanıqlığını aradan qaldırır. Həm də orqanizmə stimullaşdırıcı və tonuslandırıcı effekt verir. Zehni-fiziki yorğunluq zamanı ümumi gərginliyi götürür və əhvali-ruhiyyəni yaxşılaşdırır. Tərkibi tam təbii, bitkilərdən ibarət olan Sedafort şərbəti yuxusuzluq, əsəbilik, oyanıqlıq, nevroz, gərginlik, aqressivlik, miqren və s. kimi hallarda çox geniş tətbiq edilə bilən məhsuldur. Sedafort şərbəti için, stresdən uzaq olun!

https://herba-flora.com

http://fizulihuseynov.com

Oxşar Məhsullar