fbpx
Close

SEDAFORT (Sakitləşdirici şərbət)

TƏRKİBİ: istiotlu nanə yarpağının, bibəriyyə otunun, lavanda otunun, bədrənc yarpağının, yemişan çiçəyinin, passiflora otunun, pişikou kökünün, damotuotunun duru ekstraktları, şəkər şərbəti, natrium benzoat.

FARMAKOLOJİ TƏSİRİ:  Təbii əsəb sakitləşdirici vasitə olan şərbətin tərkibində olan komponentlər neyronlararası əlaqələri normallaşdırır, sinapslarda impulsların ötürüiməsini yaxşılaşdırır. Sinir hüceyrələrinin tərkibinə daxil olan xlor ionları hüceyrələrə tormozlayıcı təsir göstərərəkoyanıqlığı aradan qaldırır. Əsəbləri sakitləşdirir, narahatlığı azaldır, yuxunu tənzimləyir və normal yuxu ritmini bərpa edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞ:

  • Nevrozlar.
  • Əsəbilik.
  • Yuxusuzluq.
  • Yuxu ritminin pozulması.
  • Zehni və fiziki yorğunluq sindromu.
  • Asteno-nevrotik vəziyyət.

ƏKS GÖSTƏRİŞ: Şərbətin tərkibinə daxil olan hər hansı komponentə qarşı fərdi həssaslıq. 3  yaşaqədər uşaqlar. Şəkərli diabet xəstəliyi olanların həkim məsləhəti ilə qəbul etmələri tövsiyyə olunur.

İSTİFADƏ QAYDASI:  3-12 yaşadək uşaqlar 1-2 desert qaşığı (10-20 ml) gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl. 12 yaşdan yuxarı 1-2 xörək qaşığı (15-30 ml) gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl.

Buraxılış forması: Flakonlarda 100 ml.

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

SEDAFORT