Şəfa vitamini

Şəfa vitamini

Tərkibi (100 ml): Şirin biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun duru ekstraktı – 1,45 ml; adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1,13 ml; sütül (yaşıl) qoz (Juglans regia) meyvəsinin duru ekstraktı – 0,8 ml; adi dazıotu (Hypericum perforatum) otunun duru ekstraktı – 0,8 ml; kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının duru ekstraktı – 0,7 ml.

Köməkçi maddələr: qara qarağat (Ribes nigrum) meyvəsinin şirəsi – 21,3 ml; göyümtül böyürtkən (Rubus caesius) meyvəsinin şirəsi – 18,6 ml; adi çuğundur (Beta vulgaris) meyvəkökünün şirəsi – 1,63 ml; təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri: İmmun sistemi möhkəmləndirir, qanyaranmanı sürətləndirir, qanazlığının qarşısını alır, orqanizmin vitamin və minerallara qarşı təlabatını ödəyir, qan dövranını normallaşdırır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, soyuqdəymə əleyhinə təsir göstərir.

İstifadəsinə göstəriş: Hipo- və avitaminozlarda, anemiyanın profilaktikasın­da, uzunsürən xəstəliklər zamanı vitamin və mineral çatışmazlığının korrek­siya­sında, natamam qidalanma, məktəbyaşlı uşaqlarda psixoemosional və fiziki yüklənmə, boy və inkişafdan geriqalma, qidaya dietik vitaminli əlavə kimi, antibiotikoterapiyanın effektivliyinin artırılması və əlavə təsirlərinin azaldıl­ma­sı üçün istifadə olunur.

İstifadə qaydası:

18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 15 -20 dəqiqə əvvəl

Qəbul müddəti 20 gündür.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanılması: 25C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Şəfa vitamini şərbəti Herba Flora şirkətinin təbii meyvə və giləmeyvələrdən soyuq sıxma metodu ilə istehsal etdiyi əvəzolunmaz tərkibli bioloji qida əlavəsidir. Şərbətin ən böyük özəlliyi ondan ibarətdir ki, ilin bütün fəsillərində onu gündəlik qida rasionuna daxil etmək mümkündür. Çünki tərkibi insanın gündəlik vitamin və dəmir, mineral ehtiyaclarını təbii şəkildə qarşılayan komponentlərlə zəngindir.

Şəfa vitamininin tərkibi heç bir termiki işlənməyə məruz qalmadan, soyuq sıxma metodu ilə istehsal edilir.  Təzə qara qarağat, təzə böyürtkən, çuğundur kökmeyvəsinin şirəsi ilə zənginləşdirilir. Bundan əlavə, şərbətin tərkibində evkalipt, kəklikotu, dazıotu, şirin biyan və sütül qozun ekstraktları da var. Şəfa vitamini tərkibindəki qara qarağat, böyürtkən kimi giləmeyvələr hesabına orqanizmi qüvvətləndirir. Bu bitkilər təbii C vitamini deposu olduğu üçün immun sistemi gücləndirir, orqanizmin xəstəliklərə qarşı müdafiə qabiliyyətini yüksəldir. İştahanı yaxşılaşdırır və vitamin balansını zənginləşdirir.

Şəfa vitamininin tərkibində qara qarağat, çuğundur kökmeyvəsinin zəngin vitamin və dəmir tərkibi dəmir defisitli anemiyalarda qanyaranmaya stimuləedici təsir göstərir. Şərbətin tərkibindəki askorbin turşusu onun orqanizmə daxil etdiyi dəmirin tez bir zamanda mədə-bağırsaqdan sorulmasını təmin edir. Çuğundurda miqdarca çox olan vitamin və mineral duzlar (xüsusən kalium) ürək-damar sistemi xəstəliklərində çox faydalıdır. Bu komponentlər sayəsində Şəfa vitamini antiaritmik təsir edir, xolesterin mübadiləsini normallaşdırır.

Şəfa vitamininin tərkibində sütül qoz ekstraktı xüsusi yer tutur. Sütül qozun tərkibi dəmir, yod, kalsium ilə zəngindir. Bu səbəbdən Şəfa vitamini həm anemiya və avitaminozların profilaktika və müalicəsində qəbul edilir. Yod defisiti və bununla bağlı zob xəstəliyi zamanı yüksək effektə malikdir. Uşaq və böyüklərdə kalsium çatışmazlığının müalicə və profilaktikasında geniş istifadə olunur.

Şəfa vitamini təsiri

Avitaminozlar və mineral çatışmazlığı immun sistemin zəifləməsinə və orqanizmin tez-tez xəstəliklərə yoluxmasına gətirib çıxarır. Şəfa vitamini tərkibindəki evkalipt, kəklikotu, şirin biyan kökü kimi bitkilər hesabına bu zaman da xəstələrin köməyinə çatır. Bu bitkilər orqanizmdə interferon sintezini artırır, tərkibindəki efir yağları hesabına soyuqdəymə zamanı iltihabəleyhinə, antiseptik, tərlədici, qızdırmasalıcı təsir edir, orqanizmin immun müqavimətini yüksəldir. Şəfa vitamini kəskin respirator xəstəliklər zamanı xəstələrdə pozulmuş həzm və zəifləmiş iştahanı tərkibindəki dazıotu bitkisi hesabına tez bir zamanda bərpa edir. Dazıotu bu xəstələrdə ödqovucu təsir edərək həm həzm, həm də iştahanı yaxşılaşdırır.

Beləliklə, Herba Flora şirkətinin Şəfa vitaminini hipo və avitaminozların profilaktika və müalicəsi zamanı həm tək şəkildə, həm də digər vitamin preparatları ilə birlikdə gündəlik qida rasionuna əlavə kimi daxilə qəbul etmək olar.

Əziz valideynlər, əgər uşağınız gündəlik meyvə yeməkdən imtina edirsə və siz bundan çox narahatsınızsa, çəkinmədən onun qida rasionuna Şəfa vitaminini əlavə edin! Çünki Şəfa bir dərman preparatı deyil, tam təbii tərkibli vitamin və mineral kompleksidir. Məktəbyaşlı uşaqlarda psixoemosional və fiziki yüklənmə, boy və inkişafdan geriqalma, vitaminlərə qarşı təlabatın artması və anoreksiya və s. kimi problemlər zamanı dərhal qida rasionuna Herba Flora şirkətinin Şəfa vitaminini daxil edin, şəfa tapın!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar