fbpx
Close

SƏNA YARPAĞI

İstifadəsinə göstəriş: İşlədici vasitə kimi müxtəlif mənşəli qəbizliklərdə tətbiq edilir. Preparat yumşaq təsir göstərir və həzm prosesini pozmur.

Əlavə təsirləri: Nadir hallarda qarın nahiyəsində köp və ağrı ola bilər. Bu hallar dozanı azaltdıqda və ya qəbulunu tamamilə dayandırdıqda aradan qalxır.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Axşam 1/2 stəkan daxilə qəbul edilir. Xroniki qəbizlikdə dəmləmə səhər və axşam qəbul edilir.

 

Kateqoriya: , Product ID: 3132