Close

ŞƏFA VİTAMİNİ

Tərkibi: Təzə qarağat şirəsi, təzə böyürtkən şirəsi, təzə çuğundur kökmeyvəsinin şirəsi, evkalipt, kəklikotu, dazıotu,
şirin biyan və sütül qozun ekstrakları, şəkər şərbəti, natrium-benzoat.

Farmakoloji təsiri: İmmun sistemi möhkəmləndirir, qanyaranmanı sürətləndirir, qanazlığının qarşısını alır, orqanizmin vitamin və minerallara qarşı tələbatını ödəyir, qan dövranını normallaşdırır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, soyuqdəymə əleyhinə təsir edir, təbii antioksidantdır.

İstifadəsinə göstəriş: Hipo- və avitaminozların, anemiyanın profilaktika və müalicəsi, uzunsürən xəstəliklər və hamiləlik zamanı vitamin və mineral çatışmazlığın korreksiyası, natamam qidalanma, məktəbyaşlı uşaqlarda psixoemosional və fiziki yüklənmə, boy və inkişafdan geriqalma, qidaya diyetik vitaminli əlavə kimi, antibiotikoterapiyanın effektivliyinin artırılması və əlavə təsirlərinin azaldılması üçün.

Əks göstəriş: Şərbətin komponentlərinə qarşı fərdi həssaslıq, şəkərli diabet.

İstifadə qaydası:
1-3 yaş – 0,5 çay qaşığından (2,5 ml) gündə 2 dəfə
3-5 yaş – 1 çay qaşığı (5 ml) gündə 2 dəfə
5-7 yaş – 1 desert qaşığı (10 ml) gündə 2 dəfə
7-12 yaş – 1 xörək qaşığı (15 ml) gündə 2 dəfə
12 yaşdan yuxarı, böyüklər – 1-2 xörək qaşığı (15-30 ml) gündə 2 dəfə.

Yeməkdən 15-20 dəqiqə əvvəl daxilə qəbul edilir.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: Şüşə flakonlarda 100 ml.

Category: Product ID: 2957