Close

RENOKAPS ŞƏRBƏTİ

Tərkibi: 

Gülümbahar çiçəyinin, gicitkən yarpağının, adi boymadərən otunun, razyana meyvəsinin, çöl qatırquyruğu otunun və tozağacı yarpağının duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium benzoat.

Farmakoloji təsiri: Renokaps şərbətinin tərkibindəki bitkilər bioloji aktiv maddələrlə zəngindir.
Bu bioloji aktiv maddələrin hesabına şərbət maddələr mübadiləsini tənzimləyir, böyrək və sidik axarlarına iltihab əleyhinə, uroseptik təsir göstərir, diurezi artırır, sidiklə zülal itkisinin qarşısını alır. Spazmolitik, sidikqovucu effektlərə malikdir, regenerasiyanı sürətləndirir. Sidikdə müdafiə kolloidləri yaradaraq mineral komponentlərin kristallaşmasının qarşısını alır.

İstifadəsinə göstəriş: Pielonefrit, sistit, uretrit, hamiləliyin II yarısının toksikozu (periferik ödemlər, nefropatiya)

İstifadə qaydası:

1-5 yaş – 1-2 çay qaşığı gündə 2-3 dəfə;

5-12 yaş – 1-2 desert qaşığı gündə 3 dəfə;

12 yaşdan yuxarı, böyüklər – 1-2 xörək qaşığı gündə 3 dəfə.

Əlavə təsirləri və əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar ehtiyatla istifadə etməlidir.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: Şüşə flakonlarda 100 ml.

Category: Product ID: 2865