Close

QIRXBUĞUM OTU

İstifadəsinə göstəriş: Вüzücü, antitoksik və sidikqovucu təsir göstərir, uşaqlıq əzələsinin yığılmasını gücləndirir, qanın laxtalanmasını sürətləndirir, həzmi yaxşılaşdırır. Böyrək və sidik yollarının xroniki xəstəliklərində, böyrəkdaşı xəstəliyinin ilkin dövrlərində, sidikturşulu diatezdə, qastroenteritlərdə, ishalda, mübadilənin toksiki məhsullarının orqanizmdə yığılması zamanı, eləcə də bağırsaq, uşaqlıq və hemorroidal qanaxmalarda tətbiq olunur.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1-2 xörək qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.

 

Kateqoriya: , Product ID: 2628