fbpx
Close

Qara Zirə Yağı Həbəşistan (ozonlaşdırılmış) mavi qutu

Tərkibi: Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).

Farmakoloji təsiri:

Qara zirə yağı antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir. Dərinin qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, dərinin yerli baryer funksiyasını gücləndirir. Antiallergik təsir göstərir, dəridə yaranan allergik mənşəli səpgilərin sönməsinə səbəb olur.

İstifadəsinə göstəriş: Yalnız xaricə istifadə üçün.

  • Gec sağalan yaralar

  • Allergik dəri səpgiləri

  • Dərinin göbələk infeksiyaları

  • Ekzema, psoriaz, seboreya

  • Dəridə çatlar, daban çatları

  • Parazitar xəstəliklər – pedikulyoz (bitlilik), qoturluq

  • Saç tökülməsi

Category: Product ID: 2474