Qara Zirə Yağı Həbəşistan (qara qutu)

Qara Zirə Yağı Həbəşistan (qara qutu)

Tərkibi: Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).

Farmakoloji təsiri:
Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virusəleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihabəleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.

İstifadəsinə göstəriş:

  • Mübadilə pozulması və hormonal disbalans
  • Allergik xəstəliklər, qida allergiyası
  • İmmun sistemin zəifləməsi
  • Disbakterioz, ishal, meteorizm
  • Babasil
  • Bronxial astmanın kompleks müalicəsi
  • Hipertoniya
  • Şəkərli diabet
  • Stress, yuxusuzluq, diqqətin pozulması
  • Hipodinamiya
  • Göz yorğunluğu, qulaq ağrıları
  • Oynaq ağrıları
  • Ekzema, psoriaz, neyrodermit, göbələk infeksiyaları, dəridə çatlar
  • Parazitar xəstəliklər – pedikulyoz (bitlilik), qoturluq
  • Cinsi zəiflik
  • Dişəti xəstəlikləri – parodontoz, parodontit, gingivit
  • Onkoloji xəstəliklərin profilaktikası
  • Müalicə və profilaktika məqsədi ilə qara zirə bitkisinin toxumlarından və Fitooil Qara zirə yağından istifadə olunur.

Əks göstərişlər:
İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün sonuncularla birlikdə qəbulu məsləhət görülmür. Həmçinin hamiləlik və laktasiya müddətində qəbulu məsləhət deyil. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur.

İstifadə qaydası:
Xaricə:
Fitioil Qara zirə yağı gündə 2 dəfə dərinin zədəli nahiyəsinə çəkilir. Qara zirə toxumu xaricə məlhəm şəklində istifadə olunur.
Resept: 400 ml alma sirkəsi isidilir, üzərinə 200 qram üyüdülmüş qara zirə toxumları əlavə edilir. Qaynadıqdan sonra qarışığa qarğıdalı nişastası əlavə edərək qarışdırılır və ocaqdan götürülür. Alınmış məlhəm soyuduqdan sonra tünd rəngli şüşə qaba yerləşdirilir, sərin və qaranlıq yerdə saxlanılır. Gündə 2 dəfə xəstə nahiyəyə çəkilir.
Daxilə:
Fitooil Qara zirə yağı 3 ay müddətində gündə 2 dəfə böyüklər üçün 1 xörək qaşığı, uşaqlar üçün 1 çay qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.
Qara zirə toxumundan 10 qram (1 xörək qaşığı) 200 ml qaynar suda dəmlənir, 3 ay müddətində gündə 3 dəfə daxilə qəbul olunur.

Buraxılış forması: Fitooil Qara zirə yağı – tünd rəngli şüşə flakonda, 100 ml; qara zirə toxumu – karton qutuda, 50 qr.

Saxlanma qaydası: 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə qaranlıq yerdə saxlanılmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə edilməlidir.

İstehsalçı: Herba Flora, Azərbaycan.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar