Close

Prolaks. (qəbizlik əleyhinə sirop)

Prolaks.Tərkibi:

Bağayarpağı toxumunun, boymadərən otunun, razyana toxumunun, zəyərək toxumunun, murdarça qabığının, səna yarpağının ekstraktları, gavalı və ərik meyvələrinin duru ekstraktları, şəkər şərbəti, natrium-benzoat.

Farmakoloji təsiri:

Bağayarpağı və zəyərək toxumları selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin aradan qaldırır, bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Səna yarpağı və murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Boymadərən otunun tərkibində olan axillein acı alkaloidi həzm vəzlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını aradan qaldırır. Gavalı və ərik meyvələri bağırsaqların evakuasiyasını sürətləndirir.

İstifadəsinə göstərişlər:

Qəbizliklər, o cümlədən qəbizliklə müşayiət olunan kolitlər

Disbakterioz, qəbizliklə müşayiət olunduqda

Qidalanma ilə əlaqəli qəbizliklər

Qəbizliklə müşayiət olunan digər xəstəliklər

Əks-göstərişlər: şərbətin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Prolaks. Qəbizliyin yüngül formasında 1 xörək qaşığından gündə 2 dəfə, ağır hallarda 1-2 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://www.herba-flora.com/product/propolis-pediatrik-spreyi/

Category: Product ID: 4648

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.