Prolaks kids. (qəbizlik əleyhinə pediatrik sirop)

Prolaks kids. (qəbizlik əleyhinə pediatrik sirop)

Tərkibi (100 ml):

Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,29 ml;

Köməkçi maddələr: Adi ərik (Prunus armeniаca) meyvəsinin şirəsi – 4,6 ml; Adi gavalı (Prunus domestica) meyvəsinin şirəsi – 4,6 ml; Adi əncir (Ficus carica) meyvəsinin şirəsi – 4,6 ml, təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Şərbət spazm və sancı törətmədən bağırsaqlarda qida kütlələrinin ləngiməsinin qarşısını alır və bağırsaqların təbii boşalmasını təmin edir. Bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin aradan qalxmasına yardımçı olur, bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Bağırsaqlarda olan spazmı və sancını azaldır, bağırsaqların evakuasiyasını sürətləndirir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Qəbizliklər, o cümlədən qəbizliklə müşayiət olunan kolitlər
  • Qəbizliklə müşayiət olunan disbakterioz
  • Qidalanma ilə əlaqəli qəbizliklər
  • Qurd invaziyaları ilə bağlı qəbizlik
  • Qəbizliklə müşayiət olunan digər xəstəliklər

İstifadə qaydası:

  • 4-7 yaş 1 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
  • 7-12 yaş 2 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
  • 12 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Uzun müddətli istifadəsi zərərsizdir, bağırsağın funksiyası bərpa olunana qədər istifadə oluna bilər.

(Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.)

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teq

Ətraflı Məlumat

Həzm sisteminin müxtəlif etiologiyalı patalogiyalarında qəbizlik, meteorizm, köp kimi simptomlar meydana çıxır. Qaraciyər və öd yollarının xəstəliklərində, yenidoğulmuşların disbiozunda, azhərəkətlilik və vegetativ sinir sisteminin fəaliyyətinin pozulması zamanı bağırsaqların peristaltikası zəifləyir. Həzmə uğramış qida kütlələrinin bağırsaq daxilində hərəkəti və ya daşınması ləngiyir. Vaxtında evakuasiya olunmayan möhtəviyyat çürüməyə məruz qalır və nəticədə bağırsağın mənfəzinə çoxlu qaz toplanır. Yaranmış qaz bağırsağın divarına təzyiq göstərərək sancılar törədir, bərkimiş ifrazat qalıqları isə ümumi evakuasiyanı çətinləşdirir.

Yenidoğulmuşlar arasında disbiozla bağlı olan qəbizlik hallarına tez-tez rastlanır. Belə uşaqlarda bağırsaq mikroflorası formalaşmadığı və ətraf mühitə uyğunlaşmadığı üçün meteorizm inkişaf edir ki, bu da uşağın narahatlığına, yuxu pozulmalarına, ağlamasına gətirib çıxarır. Məktəbyaşlı uşaqlar isə daima ayaqüstü və “fastfood” qidalanmaya üstünlük verdikləri üçün bağısaq problemlərinə onlarda da çox rastlanır. Herba Flora şirkətinin Prolaks kids şərbətinin tərkibində adi razyana meyvəsinin distillatı, adi ərik, adi gavalı, adi əncir meyvəsinin şirəsi vardır ki, antiseptik​, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir və bağırsaqların selikli qişasında dezinfeksiyaedici effekt yaradır.

Herba Flora şirkətinin Prolaks kids şərbəti tərkibindəki bitkilər sayəsində həzm vəzilərinin sekresiyasını artırır və zəif sakitləşdirici effekt verir. Beləliklə, Prolaks kids şərbəti spazmolitik, ağrıkəsici və ödqovucu təsir göstərərək meteorizmi aradan qaldırır, bağırsaqlarda qıcqırma prosesinin və qazların əmələ gəlməsinin qarşısını alır. Həmçinin yoğun bağırsağın peristaltikasını artırmaqla yığılan qazların xaric olmasını sürətləndirir. Bundan əlavə, mədə-bağırsaq xəstəlikləri zamanı iltihabəleyhinə və antimikrob təsir göstərir. Aptek çobanyastığı, istiotlu nanə yarpağı isə mikrosirkulyasiya və regenerasiyanı təmin edərək nazik və yoğun bağırsağın selikli qişalarında xoraların sağalmasını təmin edir. Herba Flora şirkətinin Prolaks kids şərbətini uşaqlarınıza istifadə edin, yüksək effekt əldə edin!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar