Close

Prolaks kids. (qəbizlik əleyhinə pediatrik sirop)

Tərkibi:

Bağayarpağı toxumunun, boymadərən otunun, razyana toxumunun, zəyərək toxumunun, murdarça qabığının, gavalı ərik meyvələrinin duru ekstraktları, şəkər şərbəti, natrium-benzoat.

Farmakoloji təsiri:

Prolaks kids yumşaq təsirli təbii işlədici vasitədir, spazm və sancı törətmədən bağırsaqlarda qida kütlələrinin ləngiməsinin qarşısını alır və bağırsaqların təbii boşalmasını təmin edir.

Bağayarpağı və zəyərək toxumları selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyi aradan qaldırır, bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Boymadərən otunun tərkibində olan axillein acı alkaloidi həzm vəzlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını aradan qaldırır. Gavalı və ərik meyvələri bağırsaqların evakuasiyasını sürətləndirir.

İstifadəsinə göstərişlər:

Qəbizliklər, o cümlədən qəbizliklə müşayiət olunan kolitlər

Qəbizliklə müşayiət olunan disbakterioz

Qidalanma ilə əlaqəli qəbizliklər

Qurd invaziyaları ilə bağlı qəbizlik

Qəbizliklə müşayiət olunan digər xəstəliklər

Əks-göstərişlər: şərbətin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Şərbət yeməkdən 30 dəqiqə əvvəl cədvəldə göstərilən dozaya uyğun qəbul olunur. Uzun müddətli istifadəsi zərərsizdir, bağırsağın funksiyası bərpa olunana qədər istifadə oluna bilər.

Category: Tag: Product ID: 4672

Description

Prolaks kids.

0 – 1 yaş

1/2 çay qaşığı

2 dəfə

1 – 3 yaş

1 çay qaşığı

2 dəfə

3 – 7 yaş

1 çay qaşığı

3 dəfə

7-12 yaş

2 çay qaşığı

3 dəfə

12 yaşdan yuxarı

1 xörək qaşığı

3 dəfə

Prolaks kids.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://www.herba-flora.com/product/propolis-pediatrik-spreyi/

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı.

Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur.

Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.