fbpx
Close

PİŞİKOTU KÖKÜ

İstifadəsinə göstəriş: Sakitləşdirici və spazmolitik vasitə kimi yuxusuzluqda, isteriyada, klimakterik sindromda, ürək-damar nevrozlarında, nevrasteniyada, neyrodermitlərdə, hipertoniyanın ilkin dövrlərində, qida borusunun spazmlarında, digər preparatlarla birlikdə qaraciyərin və öd kisəsinin xəstəliklərində tətbiq edilir. Eləcə də qalxanabənzər vəzin hiperfunksiyası olan xəstələrə təyin edilir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə bir xörək qaşığı daxilə qəbul edilir.

 

Kateqoriya: , Product ID: 3172