Close

Palıd Qabığı çayı

Tərkibi: palıd qabığı.

İstifadəsi: Ağız boşluğu və dişəti xəstəliklərində (stomatit, gingivit, parodontoz) və anginalarda antibakterial, büzücü və iltihab əleyhinə vasitə kimi qarqara şəklində istifadə olunur. Həmçinin ishallar və disbakterioz zamanı daxilə və imalə şəklində, uşaqlıq yolunun kandidozu və disvaginozlarda yuyunma və şırınqa şəklində tətbiq olunur. Dəri xəstəliklərində islatma və vanna şəklində istifadə oluna bilər.

İstifadə qaydası: 2 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, soyudulur, daxilə gündə 2-3 dəfə yeməkdən əvvəl, qarqara şəklində gündə 2-3 dəfə yeməkdən sonra, yuyunma, imalə və vanna şəklində isə gündə 1 dəfə suyun və filtr-bağlamaların sayını artırmaq şərtilə istifadə olunur.

Kateqoriya: , Product ID: 4378