Description
Yenidoğulmuşlarda sinir-reflektor oyanıqlıq, yuxu ritminin pozulması, affektiv-respirator sindrom, disbioz və digər səbəblərdən qarında sancılar zamanı Herba Flora şirkətinin Nevronat şərbəti yüksək təsir effektinə malikdir. Nevronat şərbəti bir sıra sakitləşdirici, trankvilizəedici, sedativ, spazmolitik və ağrıkəsici bitkilərin duru ekstraktlarından hazırlanmışdır. Şərbətin tərkibindəki pişikotu ekstraktı valerian turşusu hesabına sinir sisteminin mərkəzi bölmələrində reflektor oyanıqlığı azaldır. Baş beyinin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormozlanma proseslərini artırır.
Qıcolmaəleyhinə, ağrıkəsici, sedativ, trankvilizəedici təsir göstərir. Yuxu tsiklini pozmadan onu ritmini tənzimləyir. Damotu otunun tərkibindəki qindarin xlor ionlarının sinir hüceyrəsinə daxil olmasını sürətləndirərək tormozlanma prosesi artırır və sinir sisteminin xarici qıcıqlara qarşı reaksiyasını zəiflədir. Oleuropein və flavanoidlər isə spazmolitik təsir göstərir. Passiflora sakitləşdiricidir, spazmolitikdir, yuxunu tənzimləyir, qıcolmaəleyhinə effekt verir və reflekror oyanıqlığı azaldır.
Nevronat şərbətinin tərkibindəki zirə və razyana meyvələrinin distillatları spazmolitik effekt verir, bağırsağın mikroflorasının formalaşmasını tezləşdirir, bağırsaq sancılarını azaldır, həzm vəzlərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, qazların əmələ gəlməsinin qarşısını alır. Bağırsaqların peristaltikasını normallaşdıraraq qəbizliyi aradan qaldırır. Efir yağları yüngül sakitləşdirici təsir göstərir.
Yeniyetmə və erkənyaşlı uşaqlarda fiziki-zehni yorğunluq, yuxusuzluq, diqqətin yayınması, hiperaktivlik və diqqət defisiti, qorxu-həyəcan sindromu və əsəbilik kimi problemlərdə də Nevronat şərbəti əvəzsiz effektə malikdir. Nevronat şərbəti sinir hüceyrələrinin oyanıqlığını azaldaraq sedativ təsir göstərir, stress və qıcıqlanmanın qarşısını alır, yuxuyagetməni yaxşılaşdırır, yuxunu dərinləşdirir. Həmçinin sinir gərginliyi fonunda meydana çıxan baş ağrıları, əzələ ağrıları, yuxusuzluq, narahatlıq və s. kimi nevrotik halların qarşısını alır. Nevrogen bağırsaq sancılarının, gəyirmənin və meteorizmi aradan qaldırır.
Nevroz, stress, sinir-psixi gərginlik, yuxusuzluq, əsəbilik və narahatlıq, neyrosirkulyator distoniya (NSD) və xroniki yorğunluq sindromu kimi xəstəliklər zamanı da Herba flora şirkətinin Nevronat şərbətini tərəddüd etmədən daxilə qəbul edə bilərsiniz.