fbpx
Close

NEFROFORT (Uroseptik şərbət).

TƏRKİBİ: Ayıqulağı yarpağnını, mərcangilə yarpağının, boymadərən otunun, gülümbahar çiçəynini, qatırquyruğu otunun, ardıc meyvəsinin, çobanyastığı çiçəynini, bibəriyyə otunun duru ekstraktları, şəkər şərbəti, natrium benzoat.

FARMAKOLOJİ TƏSİRİ: Şərbətin tərkibindəki bitgilər bioloji aktiv maddələrlə zəngindir. Bu bioloji aktiv maddələrin hesabına şərbət maddələr mübadiləsini tənzimləyir. Böyrək və sidik axarlarına iltihab əleyhinə, uroseptik təsir göstərir, diurezi artırır, sidiyə zülalların keçməsinin qarşısını alır. Spazmolitik, sidikqovucu effektlərə malik olub, regenerasiyanıda sürətləndirir. Sidikdə müdafiə kolloidlərini artıraraq mineral komponentlərin bir birinə yapışmasının qarşısını alır.

GÖSTƏRİŞLƏR:

  • Nefrit
  • Pielonefrit
  • Sistit
  • Uretrit
  • Albuminuriya, hematuriyaş
  • Katetirizasiyadan sonra
  • Oksaluriya, uraturiya

ƏKS GÖSTƏRİŞ: Şərbətin tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq. Şəkərli diabet xəstəliyi olanlar tərkibində şəkər şərbəti olduğu üçün həkim məsləhəti ilə qəbul etmələri tövsiyyə olunur.

İSTİFADƏ QAYDASI:

0-1 yaş uşaqlar 2,5 ml (1/2 şay qaşığı) gündə 3 dəfə yeməkdən sonra.

1-3 yaş uşaqlar 5 ml(1ç.q) x3dəfə yeməkdən sonra

3-7 yaş uşaqlar10 ml(1 d.q) x 3 dəfə yeməkdən sonra

7-12 yaş uşaqlar 15 ml (1x.q) x 3 dəfə yeməkdən sonra

12 yaşdan yuxarı və böyüklər 2 x.q xgündə 3 dəfə yeməkdən sonra

Buraxılış forması: Flakonlarda 100 ml.

Category: Tag: Product ID: 5391

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir. Nefrofort