NAT-UDİ HİNDİ (Aquilaria agallocha)

NAT-UDİ HİNDİ (Aquilaria agallocha)

Bir kapsulun tərkibi:

Qurudulmuş udi hindi (Aquilaria agallocha) tozu – 400 mq.

Köməkçi maddə: kapsul örtüyü (jelatin, qliserin, su).

Məhsulun xüsusiyyətləri:

Nat-Udi Hindi bakteriyaların fəaliyyətini ləngidir, xüsusilə vərəm mikobakteriyalarına (Mycobacterium tuberculosis) və dizenteriya şigel­lalarına (Shigella dysenteriae) qarşı daha aktivdir. Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır. Orqanizmi tonuslandırır, zehni fəaliyyəti və yaddaşı gücləndirir. Böyrəklərdə və sidik yollarında olan iltihabı azaldır. Kişilərdə cinsi qabiliyyəti artırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Faringit, badamcıqların iltihabı
  • Bronxial astma, xroniki bronxit, vərəm
  • Qastrit, kolit, dizenteriya, müxtəlif mənşəli ishallar
  • Hepatit
  • Baş ağrısı, depressiya
  • Böyrək daşı, enurez
  • Revmatizm
  • Cinsi zəiflik
  • Dəri xəstəlikləri

İstifadə qaydası:

  • Böyüklər: gündə 2 dəfə hər dəfə 1 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 1 aydır.
  • (Udi Hindinin tozu qarqara və maska şəklində istifadə oluna bilər. Bir neçə kapsulu açıb toza qaynar su və 1 çay qaşığı bal əlavə edib, alınan məhlulla gündə 2-3 dəfə qarqara etmək olar. Udi Hindi tozunun bal ilə qarışığı üzdəki ləkələri və çilləri aparır. Qarışığı almaq üçün bitkinin tozu bal və su ilə qarışdırılır.)

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanma şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul normal qidalanmanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

İstehsalçı: “Herba Flora” MMC

www.herba-flora.com

info@herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Herba Flora şirkətinin məhz sizlər üçün istehsal etdiyi udi-hindi tərkibli əvəzolunmaz Nat-Udi Hindi kapsulu haqqında məlumat vermək istəyirik. Udi-hindi Cənubi Asiyada, Malay adalarında, Hindistanda yetişən, şəfalarına görə hətta Məhəmməd peyğəmbər tərəfindən tövsiyə edilən bir ağacdır. Udi-hindi bitkisi çox qədim zamanlarda tacirlər tərəfindən ərəb ölkələrinə gətirilmişdir. Bu səbəbdən də digər adı kust-əl-bəhridir. Ağ rəngdə olanına kust-əl-bəhri, tünd rəngdə olanlara isə kust-əl-hindi deyilir. Udi-hindi bitkisinin şəfaları saymaqla bitməz.  Tam təbii, udi-hindi tərkibli Nat-Udi hindi kapsulu yüksək müalicəvi effektə sahibdir.

NAT-UDİ HİNDİ təbabətdə rolu

Nat-Udi hindi kapsulu tərkibindəki təbii komponentlər hesabına yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı çox güclü  antibakterial, virus və göbələk əleyhinə təsirə malikdir. Nat-Udi Hindi kapsulunun vərəm çöplərinə və dizenteriya törədicilərinə qarşı yüksək həssaslığı təcrübələrdə öz təsdiqini tapmışdır. Nat-Udi hindi kapsulunun antihistamin, antiasmatik effekti onu xroniki bronxit, bronxial astma kimi xəstəliklərin müalicəsində faydalı edir.

Herba Flora şirkətinin istehsal etdiyi bu yüksək keyfiyyətli təbii kapsul qastrit, kolit, müxtəlif mənşəli ishallar zamanı həzm fermentlərinin ifrazını artırır. Diareyalar zamanı bağırsaq peristaltikasını tənzimləyir, pozulmuş iştahanı və həzmi yaxşılaşdırır.

Nat-udi hindi kapsulunun hədəf orqanları arasında sidik-cinsiyyət sisteminin üzvləri də xüsusi yer tutur. Belə ki, Nat-Udi hindi kapsulu sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri zamanı iltihabı azaldır, bakteriya, göbələk, viruslarla aktiv mübarizə aparır. Nat-Udi hindi kapsulu immunostimulyator effektli olduğu üçün orqanizmin yenidən bu xəstəliklərə yoluxmasının qarşısını alır. Onu da qeyd edim ki, Nat-Udi hindi kapsulu kişilərdə cinsi qabiliyyəti də artırır. Kapsul həm də orqanizmi tonuslandırır, zehni fəaliyyəti və yaddaşı qüvvətləndirir.

Udi-hindi tozunun bal ilə qarışığı bir çox dərdin dərmanıdır. Belə bir qarışıq yüksək antibiotik effekti verərək infeksion xəstəliklər xüsusilə vərəm xəsətiliyi zamanı çox faydalıdır. Bunun üçün bir neçə Nat-Udi hindi kapsulu açıb toza qaynar su və ilıqlanan zaman bir çay qaşığı bal da əlavə edib alınan məhlulla gündə 2-3 dəfə qarqara etmək olar. Belə bir qarışığı üzdəki çil və ləkələri aparmaq üçün də istifadə etmək olar.

Unikal müalicəvi effektə sahib Nat-Udi hindi kapsulu müalicə məqsədi ilə gündə 2 dəfə hər dəfə 1 kapsul olmaqla daxilə qəbul edilir. Qəbul dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. Nat-Udi hindi kapsulu ilə tanış olun, sağlam bədənə sahib olun!

https://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar