Close

NAT-SEDATİV

Tərkibi:

  • Pişikotu kökü – Valeriana officinalis
  • Yemişan çiçəyi – Crataegus sanguinea
  • İstiotlu nanə yarpağı – Mentha piperita
  • Damotu otu – Leonurus quinquelobatus
  • Mayasarmaşığı qozası – Humulus lupulus
  • Koməkçi maddə:
  • Qarğıdalı nişastası.

Farmakoloji təsiri: Benzodiazepin reseptorlarına təsiri nəticəsində sedativ, trankvilizəedici effekt verir, ləng yuxu fazasını uzadır, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmə tonuslandırıcı, damarlara spazmolitik təsir göstərir. Qanın perfuziyasını artıraraq koronar qan dövranını yaxşılaşdırır, ürək vurğularının sayını azaldır, taxiaritmiyaların qarşısını alır.

İstifadəsinə göstəriş:

  • Nevrozlar (narahatlıq, qorxu, isterik vəziyyətlər)
  • Psixo-emosional gərginlik
  • Yuxusuzluq
  • Depressiv vəziyyət
  • Xroniki yorğunluq sindromu
  • Ürək fəaliyyətinin funksional pozulmaları (kardionevroz, taxiaritmiyalar)
  • Predmenstrual sindrom və klimaks
  • Hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar
  • Şəkərli diabet, hipertireoz.

Əks göstəriş: preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası və dozalanma: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.

Category: Product ID: 2690