fbpx
Close

NAT-PROSTAT (Prostat vəzin xəstəlikləri əleyhinə preparat)

Bir kapsulun tərkibi:

Cırtdan Palması (Serenoa repens) meyvəsinin quru ekstraktı -125 mq, ikievli gicitkən (Urtica dioica) kökünün quru ekstraktı – 48 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun poroşoku – 56 mq, udi hindi (Aquilaria agallocha) poroşoku – 56 mq.

Köməkçi maddə: qarğıdalı nişastası (amylum maidis) – 115 mq.

Məhsulun xüsusiyyətləri:

Məhsul prostat adenoması zamanı vəzin ölçüsünün kiçilməsinə, müşahidə olunan ağrı, gecə sidiyəgetmə çağırışları, qalıq sidik hissiyyatı kimi əlamətlərin zəifləməsinə səbəb olur, cinsi aktivliyi və nəsilartırma qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə saç tökülməsi əleyhinə təsir göstərir, androgenetik alopesiyanın (kişi tipli keçəlləşmə) qarşısını alır, sidik-cinsiyyət sistemində iltihab əlamətlərini azaldır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktikada və ya yardımçı vasitə kimi istifadə olunur):

Prostat vəzin adenoması

İmpotensiya

Kəskin və xroniki prostatitlər

Sidik yollarının iltihabı

Androgenetik saç tökülməsi

İstifadə qaydası:

Gündə 2 dəfə 1 kapsul qəbul edilir. Gündəlik doza həkim məsləhəti ilə dəyişdirilə bilər. Qəbul müddəti minimum 3 aydır.

Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: 18 yaşına qədər, ateroskleroz, hipertoniya, tromboflebit xəstələrinə.

Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25 0C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

İstehsalçı: “Herba Flora” MMC

(Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü)

www.herba-flora.com

info@herba-flora.com

Category: Product ID: 2882