METEONAT ŞƏRBƏTİ

METEONAT ŞƏRBƏTİ

Tərkibi (100 ml):

Razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 9,2 ml; zirə (Carum carvi) meyvəsinin distillatı – 7,36 ml; cirə (Anisum vulgare) meyvəsinin distillatı – 7,36 ml; çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 7,36 ml; qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 7,36 ml; nanə (Mentha piperita) yarpağının distillatı – 7,36 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Şərbət bağırsaqlarda qazların əmələ gəlməsinin qarşısını alır. Həmçinin bağırsaqlarda yığılan qazların xaric olmasını sürətləndirir, mədə şirəsinin və ödün ifrazını yaxşılaşdırmaqla qida maddələrinin həzmini normallaşdırır. Bundan əlavə mədə-bağırsaq xəstəlikləri zamanı iltihabi proseslərin aradan qalxmasına yardımçı olur.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Meteorizm, müxtəlif mədə-bağırsaq xəstəlikləri

İstifadə qaydası:

Şərbət yeməkdən əvvəl qəbul olunur. Uzun müddət qəbulu zərərsizdir.

18 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

18 yaşa qədər şəxslərə, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Meteonat.
Normada həzm prosesi və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində gün ərzində insanın bağırsaqlarında 0,2-0,9 litrə qədər qaz yaranır. Meteorizm zamanı isə qazların miqdarı 3 və ya daha çox litrə çata bilər. Meteorizm (köp) bağırsaqlarda qazların həddən artıq toplanması deməkdir. Herba Flora şirkətinin istehsal etdiyi köp əleyhinə Meteonat şərbətinin tərkibi aptek çobanyastığı, zirə, qaraqınıq kimi bitkilər, istiotlu nanə yarpağı, razyana meyvəsi, bostan şüyüdü meyvəsi, cirə meyvəsinin efirlərindən ibarətdir. Tərkibindəki bitkilərin demək olar ki, hamısı efir yağları ilə zəngin olub bağırsaqların saya əzələlərinə təsir edərək spazm, sancı və meteorizmi aradan qaldırır.

Meteonatın tərkibindəki zirə toxumları isə ödqovucu təsir göstərərək həzmi yaxşılaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır. Həmçinin yoğun bağırsağın peristaltikasını artırmaqla yığılan qazların xaric olmasını sürətləndirir. Meteonat şərbəti bir çox qəbizliklə müşayiət olunan kolit, enterit kimi  mədə-bağırsaq xəstəlikləri zamanı iltihabəleyhinə və mikrobəleyhinə təsir edir. Yenidoğulmuşlar və südəmər dövrdəki körpələrdən tutmuş yetkin insanlara qədər tam təbii bitki tərkibli Meteonat şərbətinin köp əleyhinə effekti əvəzolunmazdır. 1 yaşa qədər uşaqlar istər yenidoğulma dövründə, istərsə də qarışıq qidalanmaya keçdikdən sonra onları köp xüsusilə narahat edir, yuxuları pozulur, əsəbi olurlar. Herba Flora şirkətinin Meteonat şərbəti tərkibindəki qaraqınıq bitkisinin sedativ effekti hesabına körpələrdə yaranmış belə mənfi halları da aradan qaldırır.

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar