fbpx
Close

MƏKKƏGÜLÜ ÇAY

Tərkibi: Məkkəgülü çiçəyi (hibiskus) “Misir fironu” içkisi adı ilə tanınmışdır.

İstifadəsinə göstəriş: Məkkəgülü çiçəyi sidikqovucu, ödqovucu və antiseptik vasitə kimi tətbiq edilir. Tərkibində çoxlu mikroelementlər, vitaminlər və  bioloji aktiv maddələr olan bu içki əsəb gərginliyini aradan götürür, həzm prosesini sürətləndirir, böyrəkləri və öd kisəsini təmizləyir, qaraciyərin işini yaxşılaşdırır, müqaviməti artırır, təzyiqi aşağı salır, orqanizmdən şlakları xaric edir və insanın çəkisini azaldır.

İstifadə qaydası: 1-2 ədəd filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 3-5 dəq. dəmlənir, isti və ya soyuq şəkildə, gündə 2-3 dəfə, hər dəfə 1 stəkan  daxilə qəbul edilir. İçkiyə dad vermək üçün şəkər və ya bal əlavə etmək olar. 15 dəqiqədən artıq və metal qabda dəmləmək məsləhət deyil.

 

Kateqoriya: , Product ID: 2608