fbpx
Close

Koliks10 (şüyüd tərkibli köp əleyhinə şərbət)

Tərkibi:

Bostan şüyüdü meyvəsinin distillatı

Aptek çobanyastığı çiçəyinin duru ekstraktı

Razyana meyvəsinin distillatı

Cirə meyvəsinin distillatı

İstiotlu nanə yarpağının distillatı

Köməkçi maddələr: şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

Farmakoloji təsiri:

Koliks 10 şərbətinin tərkibindəki olan razyana, bostan şüyüdü və cirə meyvələri efir yağları ilə zəngin olduğundan spazmolitik, ağrıkəsici təsir göstərərək bağırsaq spazmını, tutmaşəkilli kolikləri, sancıları azaldır. Antiseptik, iltihab əleyhinə təsir göstərir. Həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və meteorizmin qarşısını alır.

İstifadəsinə göstərişlər:

Meteorizm

Südəmər körpə və yenidoğulmuşlarda koliklər zamanı

Spastik sindromla müşayiət olunan bağırsaq xəstəlikləri

MBT-da güclü qazəmələgəlmə zamanı

Qəbizliklə müşayiət olunan enterit, kolit zamanı

Əməliyyatlardan sonrakı dövrdə MBT-da çoxlu qaz toplanması və sancılar zamanı

Qəbul qaydası:

1 yaşa qədər: 0,5-1 çay qaşığı gündə 2-3 dəfə

1-5 yaş: 1-2 çay qaşığı gündə 2-3 dəfə

5-14 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə

14 yaşdan yuxarı və böyüklər: 1-2 xörək qaşığı gündə 3 dəfə

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanma müddəti 18 ay. 250C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: şüşə flakonlarda 100 ml.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul qidanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Hamiləlik və laktasiya dövründə məhsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Category: Product ID: 5793

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı vardeyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Koliks10

Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan HERBA FLORA şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara təşkilati dəstək göstərir.

HERBA FLORA şirkəti beynəlxalq İSO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. Şirkətimiz 2013-cü ildə Gözəllik sərgisinin, 2009, 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, iştirakçısı olmuş, “Ən yaxşı məhsul nümayişi”, “Ən yaxşı korporativ stil” və “Ən uzunmüddətli iştirakçı” sertifikatlarına layiq görülmüşdür. Məhsulları ilə istehlakçıları daim məmnun edən HERBA FLORA yeni məhsulların istehsalını davam etdirir.

http://Fizulihuseynov.com

Koliks10