Close

Kasnı

Farmakoloji xüsusiyyətləri:
Sakitləşdirici, büzücü, ödqovucu, sidik-qovucu, mikrobəleyhinə, qurdqovucu, iltihab əleyhinə xüsusiyyətləri vardır. Maddələr mübadiləsini və həzmi normal-laşdırır, qanda şəkərin miqdarını aşağı salır.

İstifadəsinə göstəriş:
Kasnı otunun dəmləməsi qastritdə, qas-troenteritdə, hepatitdə, xolesistitdə (həm-çinin daşlı xolesistitdə), şəkərli diabetdə, nefritdə və qurd invaziyalarında daxilə qəbul olunur. Dəri səpkilərində, civzələr-də, irinli yaralarda, ekzema və uşaqlarda diatez olduqda xaricə istifadə olunur.

İstifadə qaydası:
1 çay qaşığı xammalın üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə dəmlənir, süzülür. Gündə 2-3 dəfə yeməkdən əvvəl 100 ml (1/2 stəkan) daxilə qəbul olunur. Xaricə istifadə üçün 20 qr xammalı 500 ml qaynar suda dəmləmək lazımdır.

Kateqoriya: , Product ID: 2632