fbpx
Close

İMUNNONEO.(İmmunitet artırıcı şərbət)

TƏRKİBİ: Exinaseya kökününün, Şirin biyan kökünün, İtburnu meyvəsninin, Eleuterokok kökünün, qızılçətir otunun, limon meyvəsinin duru ekstraktları, bal, şəkər şərbəti, natrium benzoat.

FARMAKOLOJİ TƏSİRİ: Siropun tərkibinə daxil olan bitkilər endogen interferonun sintezini və leykositlərin faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və xəstəliklə qarşı müqavimətini artırır. Bitgilərin tərkibindəki minerallar və polivitaminlər hesabına avitaminozu aradan qaldırır. Antibakterial, antivirus və antifunqal təsir göstərir. Böyrəküstü vəzi stimulyasiya edərək kortikosteroidlərin sinezini artırmaq yolu ilə iltihab əleyhinə təsir edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞ: İmmundefsit hallar, qripin müalicə və profilaktikası,tənəffüs yollarının ilthabi xəstəlikləri, soyuqdəymə,antibiotiklərlə müalicə, şüa terapiyasından sonrakı dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq məqsədi ilə.

ƏKS ĞÖSTƏRİŞ: Şərbətin tərkibindəki bitgilərə qarşı fərdi həssaslıq. Şəkərli diabetli xəstələrin istifadədən əvvəl həkimlə məsləhətləşməsi tövsiyyə olunur.

İSTİFADƏ QAYDASI:

0-1 yaş uşaqlarda 2,5 ml (yarım çay qaşığı) gündə 2 dəfə

1-4 yaş uşaqlarda 5 ml (1.ç.q ) gündə 2 dəfə

4-7 yaş uşaqlarda 10 ml (2 ç.q) gündə2 dəfə

7-12 yaş uşaqlarda 15 ml (1 x.q)

Buraxılış forması: Şüşə flakonlarda 100 ml.

Description

HERBA FLORA

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

http://fizulihuseynov.com/

İMUNNONEO