fbpx
Close

İMMUNOTEA ÇAYI (immunitet gücləndirici)

Tərkibi:

Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi

Farmakoloji təsiri:

Orqanizmdə interferon sintezini və leykositlərin faqositar aktivliyini artıraraq immun cavabı gücləndirir, antivirus, bakterisid və fungisid təsir göstərir, mikrob hüceyrələrinin bölünməsinin və hərəkətinin qarşısını alır, orqanizmi toksiki maddələrdən təmizləyir. Antioksidant, iltihab əleyhinə, bəlğəmgətirici, qızdırmasalıcı və regenerasiyaedici təsirləri var.

İstifadəsinə göstəriş:

  • İmmunodefisit hallar

  • Qripin müalicə və profilaktikası

  • KRX-lərin müalicə və profilaktikası

  • Tənəffüs yollarının iltihabi xəstəlikləri

  • Soyuqdəymə

  • Antibiotiklərlə müalicə

  • Şüa terapiyasından sonrakı dövr

  • İntoksikasiyalar

Əks-göstərişlər:

  • Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
  • Autoimmun xəstəliklər, QİÇS, vərəm, leykozlar, kollagenozlar, dağınıq skleroz.

  • Hamiləlik və laktasiya dövründə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

İstifadə qaydası:

  • 1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 14 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

Description

İmmunitet – orqanizmi virus, bakteriya, göbələk və s. kimi yad cisimlərdən qoruyan xüsusi müdafiə sistemidir. İnsan hər zaman öz sağlamlığını düşünməli və immunitetini gücəndirməlidir.

İmmunitet zəifliyinin müalicəsi üçün düzgün qidalanmaq, düzgün həyat tərzi keçirmək lazımdır.

Qida rasionunuzu orqanizmin xəstəliklərə qarşı müdafiə qabiliyyətini artıran, maddələr mübadiləsini yaxşılaşdıran vitamin C tərkibli limon, naringi, portağal, kivi və s. kimi meyvə və tərəvəzlərlə zənginləşdirin.

Orqanizmə hər hansı bir yad cisim daxil olduqda ona qarşı antitel-müdafiə funksiyasını yerinə yetirən immunoqlobulin, yəni zülal tərkibli maddələr sintez olunur. Ona görə də immuniteti gücləndirmək üçün qida rasionunda ət, balıq, süd məhsulları, paxlalılar, yumurta kimi zülallarla zəngin məhsullar çox önəmlidir.

Hazırda soyuqdəymənin profilaktikası kimi immunitet gücləndirici dərmanların qəbulu az qala dəb halını alıb. İnsanlar ehtiyac oldu-olmadı bu cür vasitələrdən istifadə etməyə can atır. İmmunoloqlar xatırladır ki, immunitet gücləndirici dərmanların yalnız müsbət təsiri deyil, həm də əlavə və əks təsirləri də vardır.

Payız-qış aylarında immun müalicəsinə (həm bitki, həm immunitet gücləndirici dərmanlarla) daha çox ehtiyac hiss edilir. Bu dövrdə diqqətli olmaq, yerli-yersiz şəkildə immunostimulyator istifadəsinə yol verməmək lazımdır.

İmmunitet zəifliyinin müalicəsi üçün vitamin D və E tərkibli qidaların istifadəsi xəstəliklərə yoluxmamaqda ideal profilaktik vasitələrdir.

Belə ki, vitamin D və E-nin immunomodulyator, yəni immuniteti gücləndirmək qabiliyyəti və antioksidant – sağlam hüceyrələri qoruyaraq onlarin şiş hüceyrələrinə çevrilməsinin qarşısını almaq qabiliyyəti tədqiqatlar nəticəsində sübut olunmuşdur.

Bununla yanaşı, tez-tez xəstələnən, immuniteti zəif olan insanlarda sink mikroelementinin çatışmazlığı da müəyyən olunmuşdur. Buna görə də ilk xəstələnmə baş verdikdə həkim tövsiyəsi olmadan immunitet gücləndirici dərmanlara yönəlmək doğru deyildir. İmmunitetin düşmə səbəbinə müvafiq tədbir görmək lazımdır.

Sarımsaq, soğan, çuğundur, kök kimi fitonsidlərlə zəngin bitkilərin virus və bakteriyaları öldürməsi və onların artıb-çoxalmasının da qarşısını alması ta qədimdən təbabətə məlumdur.

İmmunitet zəifliyinin müalicəsində yuxarıda sadaladığımız təbii vasitələr tək deyil, bir neçə bitki kombini şəklində istifadə edildikdə daha gözəl effekt alınır.

Məsələn, Herba Flora şirkətinin exinaseya, şirin biyan kimi immunostimulyator bitkilərdən təşkil olunmuş İmmunotea çayı immunitet gücləndirmək üçün əvəzsiz vasitədir.

Çünki onun tərkibində exinaseya, şirin biyan kimi immunomodulyator bitkilərdən başqa damarqoruyucu, sinirqoruyucu təsirlərə malik C, P, K kimi vitaminlərlə zəngin itburnu, bağayarpağı, qara gəndalaş kimi qiymətli dərman bitkiləri də vardır.

İmmunitet zəifliyinin müalicəsi ilə yanaşı, bakteriya, virus mənşəli kəskin respirator xəstəliklərin həm profilaktika, həm müalicəsində İmmunotea çayı xüsusi yer tutur.

Belə ki, İmmunotea çayı qrip, KRX kimi xəstəliklər zamanı orqanizmin ümumi müdafiə qabiliyyətini – immuniteti gücləndirir, xəstələrə mikrobəleyhinə, virusəleyhinə, iltihabəleyhinə, qızdırmasalıcı, soyuqdəymə əleyhinə təsir edərək onların əhvalını yüngülləşdirir, tez bir zamanda xəstəlikdən azad edir.

İmmunotea çayı için, güclü immunitet sahibi olun!